Xarici xəbərlər

Soçidə Suriya Milli Dialoq Konqresinin yekununda Konstitusiya Komissiyasının yaradılmasına qərar verilib

31-01-2018 | 11:56        

  

Rusiyanın Soçi şəhərində keçirilən Suriya Milli Dialoq Konqresi başa çatıb. 2 günlük  toplantının yekununda Suriya böhranının aradan qaldırılması ilə bağlı həmfikir olan tərəflər  Konstitusiya Komissiyasının yaradılmasına qərar verib. 150 nəfərlik komissiya İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərəcək və Suriya Konstitusiyasına dəyişikliklərin edilməsi məsələsi üzərində işləyəcək.  Suriya hökuməti və müxalifət nümayəndələri, eləcə də mütəxəssislər, müstəqil nümayəndələr və ağsaqqallardan ibarət olan Komissiyanın tərkibi ilə bağlı yekun qərarı isə BMT-nin Suriya böhranı üzrə xüsusi nümayəndəsi Staffan de Mistura verəcək.  Suriya Milli Dialoq Konqresinin yekun qətnaməsində bu ölkənin müstəqilliyi, suverenliyi və  ərazi bütövlüyünün qorunması vurğulanıb. Qeyd edək ki,  Suriyanın ən böyük müxalifət birliyi olan Danışıqlar üzrə Ali Komitə konqresdə iştirak etməyib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (14.08.2018) :
Azbuludlu Gecə : +21+23 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR