İqtisadiyyat

Azərbaycan 2017-ci ildə Türkiyə və Gürcüstana qaz ixracını artırıb

31-01-2018 | 10:55        

  

Azərbaycan 2017-ci ildə Türkiyə və Gürcüstana qaz ixracını artırıb. Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə sözügedən ölkələrə 2016-cı illə müqayisədə 0,87 və 2,81% çox qaz ixracı həyata keçirilib. Energetika Nazirliyinin 2017-ci il üçün Yanacaq-energetika kompleksində fəaliyyətinə dair hesabatında deyilir ki, ötən il ölkəmizdə ümumilikdə 28,6 mlrd. kubmetr təbii qaz hasil edilib

Hazırda Azərbaycanda gündə təqribən 108 min ton neft və 82 mln. kubmetr qaz hasil edilir ki, bu da dənizdə və quruda istismar edilən yataqlardan, həmçinin xarici şirkətlərlə birgə işlənən “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli”, “Ümid” və digər yataqlardan alınır. Bundan başqa, ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədilə yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qarşıya qoyulan vəzifələrin icrası da uğurla həyata keçirilir. Bunun nəticəsi olaraq ölkədə  yeni qaz-basqı quyuları istismara verilir, mövcud quyularda təmir-bərpa işləri aparılır. “Ölkənin təbii qazla fasiləsiz təminatında və ixrac imkanlarının genişləndirilməsində yeraltı qaz anbarlarının rolu da böyükdür. Cari ildə 1,9 milyard kub metr qaz yeraltı qaz anbarına vurulub. Ümumilikdə isə il ərzində Azərbaycanda 28,6 mlrd. kubmetr təbii qaz hasil edilib. Hasil olunan təbii qazın 6,1 mlrd. kubmetri SOCAR-ın, 12,3 mlrd. kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 10,2 mlrd. kubmetri “Şahdəniz”in payına düşür. Əldə olunan imkanlar nəticəsində ölkəmiz Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə 2017-ci ildə Türkiyə və Gürcüstana qaz ixracını artırıb. Belə ki, ötən dövr ərzində Türkiyəyə 0.87 Gürcüstana isə 2.81 faiz çox qaz hasilatı həyata keçirilib. Bununla yanaşı 2017-ci il ərzində Qazıməmməd-Qazax boru kəməri ilə Gürcüstana 1379,7 mln. kubmetr qaz ixrac edilib ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə 18,32% çoxdur.

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR