Siyasət

“Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlığa malikdir”

31-01-2018 | 08:50        

  

Bütün sahələrdə inkişaf edən Azərbaycan Avropa İttifaqı ilə strateji tərəfdaşlığa malikdir. Bu fikirlər Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Şərqi Avropa və Avrasiyaya inteqrasiya da siyasi şərtlərin mexanizmləri” adlı beynəlxalq konfransda səsləndirilib.  Avrasiya Demokratik Təhlükəsizlik Şəbəkəsinin üzvü olan dövlətlərin nümayəndələrinin iştirak etdiyi konfransda  Azərbaycanın iqtisadi, siyasi sahələrdəki uğurlarından da danışılıb. Tədbirdə o da vurğulanıb ki, Avropa İttifaqı və digər Avropa strukturları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər.