İqtisadiyyat

“Azəri-Çıraq-Günəşli” layihəsi üzrə Dövlət Neft Fonduna ilk bonus ödənilib

31-01-2018 | 08:47        

  

Dövlət Neft Fonduna “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə ilk bonusun ödənişi həyata  keçirilib. Bonus ödənişi “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti ilə xarici hasilat şirkətləri arasında imzalanan yeni sazişə uyğun olaraq  baş tutub. Dövlət Neft Fonduna ödənilən ilk bonusun məbləği 450 milyon dollar həcmindədir. Bununla bağlı Dövlət Neft Fondunun  yaydığı məlumatda deyilir ki, həmin saziş çərçivəsində 8 il ərzində xarici sərmayəçilər tərəfindən Neft Fonduna ümumilikdə 3,6 milyard dollar həcmində bonus ödənişi edilməsi nəzərdə tutulur.