İqtisadiyyat

Bakı Limanı Azərbaycanı tranzit ölkəyə və logistika mərkəzinə çevirir

30-01-2018 | 16:16        

  

Bakı Limanı və bir sıra beynəlxalq dəhlizlərin Azərbaycandan keçməsi buranı tranzit ölkəyə və logistika mərkəzinə çevirir.  Bakı Beynəlxalq Ticarət Limanı ilə tanışlıqdan sonra jurnalistlərə müsahibəsində Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey belə deyib.

Henrik Hololey: (Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru)

Düşünürəm ki, bu limanın çox böyük rolu var. Asiya ilə Avropa arasındakı əlaqələrdə, ticarət dövriyyəsində nəqliyyat və logistika qovşağı kimi liman çox vacibdir.  Bu müasir liman genişlənmiş Avropanın Trans-Avropa şəbəkəsinin bir hissəsidir.

Henrik Hololey hesab edir ki, Bakı limanının fəaliyyəti və Bakı-Tbilisi-Qars dəmir yolu xətti logistika və nəqliyyat xərclərinə qənaət etməyə də imkan yaradır. Bu alternativ marşrutla yüklər mənzil başına daha tez çata və ucuz başa gələ bilər. O, Avropa İttifaqının Bakı limanının əməliyyat imkanlarının yaxşılaşdırılmasına dair dəstək layihəsinin uğurla icra olunduğunu və təcrübə mübadiləsi aparıldığını da vurğuladı.  Henrik Hololey limanın əməliyyat sistemini, yaşıl və smart texnologiyalardan istifadəsini dəstəklədiklərini də qeyd etdi. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadovun verdiyi məlumata görə,  bu ilin  ortalarında 12 körpüdən ibarət olacaq limanın yükaşırma qabiliyyəti 15 milyon ton yük, o cümlədən 100 000 konteyner təşkil edəcək. Bütün inşa işləri bitdikdən sonra isə liman mövcud 17 körpüsü ilə 25 milyon ton yük, o cümlədən 500 000 konteyner yükün ötürülməsini yerinə yetirəcək. Baş direktor Avropa Komissiyasının gündəmində vacib yer tutan bağlılıq, regional ticarət və logistika hub-larının yaradılmasının Bakı Limanının da diqqət mərkəzində olduğunu qeyd etdi.  Liman Aİ və Asiya arasındakı ticarət dövriyyəsinin artmasına, ticarət, xüsusən rəqəmsal dəhlizin yaranmasına töhfə verməkdədir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.02.2018) :
Gecə : +3 | Gündüz: +6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0281 | Satış: 0.0301

Avro:
Alış: 2.058 | Satış: 2.1319
AzTV TƏQDİM EDİR