Cəmiyyət

BDU ilə Prezident yanında Bilik Fondu arasında Anlaşma Memorandumu imzalanıb

30-01-2018 | 14:47        

  

Bakı Dövlət Universiteti ilə Prezident yanında Bilik Fondu birgə layihələri həyata keçirmək üçün razılığa gəliblər. Bununla bağlı Anlaşma Memorandumu imzalanıb.

Bakı Dövlət Universiteti ilə Prezident yanında Bilik Fondu arasında imzalanan memorandum birgə konfransların, elmi simpoziumların təşkilini nəzərdə tutur. Həmçinin elmi texniki layihələr həyata keçiriləcək, yeni kitablar nəşr olunacaq, yaradıcı gənclər arasında müsabiqələr təşkil ediləcək. Bu barədə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov dedi. Rektor bildirdi ki, Bilik Fondu ilə rəhbərlik etdiyi ali məktəb arasında yüksək əməkdaşlıq əlaqələri var. BDU-nin 100 illiyinə həsr olunan tədbirlər planı barədə də məlumat verən rektor dedi ki, yubiley münasibətilə 100 tədbirin təşkili nəzərdə tutulub. Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən, həyata keçirilən layihələrdən danışdı. Vurğuladı ki, universitetin yubileyi ilə bağlı Azərbaycanın bütün rayonlarında bu ali təhsil ocağının məzunları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Sonda Bakı Dövlət Universiteti ilə Prezident yanında Bilik Fondu arasında Anlaşma memorandumu imzalandı.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.02.2018) :
Buludlu Gecə : +3-5 | Gündüz: +7-9
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0274 | Satış: 0.0293

Avro:
Alış: 2.0366 | Satış: 2.1097
AzTV TƏQDİM EDİR