Cəmiyyət

Azərbaycanda 22 qanunsuz miqrant saxlanılıb

30-01-2018 | 14:38        

  

Azərbaycanda 22 qanunsuz miqrant saxlanılıb. Son həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı saxlanılanlardan 10 nəfəri Türkiyə, 7-si Pakistan, 4-ü Hindistan, 1-i isə Türkmənistan vətəndaşıdır. Araşdırma zamanı 9 nəfər Türkiyə vətəndaşının külli miqdarda pul qarşılığında Avropaya göndərilmək məqsədi ilə Türkiyədə yaşayan Kenan Durmus tərəfindən Azərbaycana gətirildiyi məlum olub. Belə ki, Kenan Durmus Azərbaycanda yaşayan iş adamı Süleyman Kayikciogluna inşaat sahəsində birgə işləməyi vəd edib. Saxlanılan digər əcnəbilərin isə ölkə ərazisində olma və yaşama qaydalarını pozduqları müəyyən edilib.