Rəsmi xronika

Prezident İlham Əliyev Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub

30-01-2018 | 13:41        

  

Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qusarda “Şahdağ” qış-yay turizm kompleksinin növbəti inkişaf planları ilə tanış olub.

Prezident İlham Əliyev Qusarda “Şahdağ” qış-yay turizm kompleksinə gəldi. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov Prezident İlham Əliyevə “Şahdağ” qış-yay turizm kompleksinin hazırkı vəziyyəti və burada cari ildə ikinci mərhələdə görüləcək işlərlə bağlı məlumat verdi. Qeyd edildi ki, burada dəniz səviyyəsindən 2350 metr yüksəklikdə 5 nömrəli lift meydançası inşa ediləcək. Həmin meydançadan isə 4.2  kilometr uzunluğunda yeni eniş zolağı tikiləcək. Bu, ən uzun zolaq olmaqla yanaşı, mürəkkəblik dərəcəsinə görə də, qırmızı dərəcəli zolaq olacaq. Həmçinin dövlətimizin başçısına məlumat verildi ki, bu il Kompleksin əsas meydanında əyləncə infrastrukturunun qurulması da planlaşdırılır. Burada “Boulinq”, tennis və digər stolüstü oyunlar zalı, kinoteatr, musiqi mərkəzi, eləcə də, suviner mağazaları və digər iaşə və xidmət obyektləri inşa ediləcək. Kompleksin yay mövsümündə da xidmət göstərməsi üçün burada göl yaradılacaq. Yay mövsümünda turistlər bu göldən həm üzmək, həmdə qayıqlarla səyahət üçün istifadə edəcəklər. Qış mövsümündə isə buradan qarlama üçün də ehtiyat göl kimi istifadə olunacaq. Bu ilin yaz aylarından ikinci mərhələdə görülməsi planlaşdırılan işlərə başlanılacaq. Artıq tikintiyə başlamaq üçün hazırlıq işləri görülür. Dövlətimizin başçısına kompleksinin yol infrastrukturu barədə də ətraflı məlumat verildi. Bildirildi ki, kompleksin daxilindən keçən Qusar-Ləzə yolu kompleksin kənarından inşa olunacaq. Bu da imkan verəcək ki, yuxarı kəndlərin sakinləri Kompleksin ərazisinə daxil olmadan hərəkət etsinlər. Hazırda bu yolun yarısına qədər torpaq yatağı hazırlanıb. Qalan işlərin ilin sonuna qədər tamamlanması nəzərdə tutulur. Bu yeni yoldan kompleks ərazisinə iki giriş nəzərdə tutulub. Kompleksin girişində böyük avtomobil dayanacağının da istifadəyə verilməsi planlaşdırılır. Məlumat verildi ki, kompleksin üçüncü mərhələsi ilə bağlı layihələndirmə işləri aparılır. Kompleksin əsas meydanının ərazisi ilə tanış olan dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi. Sonra Prezident İlham Əliyev “Şahdağ” qış-yay turizm kompleksində xizək sürdü. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.02.2018) :
Buludlu Gecə : +3-5 | Gündüz: +7-9
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0274 | Satış: 0.0293

Avro:
Alış: 2.0366 | Satış: 2.1097
AzTV TƏQDİM EDİR