Digər

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın ən gözəl hava limanları siyahısına salınıb

30-01-2018 | 11:32        

  

Heydər Əliyev Beynəlxalq Aeroportu dünyaca məhşur olan “Business Insider” saytı tərəfindən dünyanın ən gözəl hava limanları siyahısına salınıb.

Bakıdan 20 km şimal-şərqdə yerləşən və Qafqazda ən böyük beynəlxalq hava limanı olan Heydər Əliyev Beynəlxalq Aeroportu nüfulu xəbər portallarının tərtib etdiyi reytinq cədvəllərində yer alır. Belə ki, işgüzar dairələrdə məhşur olan “Business Insider” saytı dünyanın ən gözəl 14 hava limanının siyahısını açıqlayıb. Siyahıda Heydər Əliyev Beynəlxalq Aeroportu 6-cı yerdə qərarlaşıb. Nadir memarlıq əsəri olan Heydər Əliyev Beynəlxalq Hava aeroportu ölkəmizin hava qapısı kimi Azərbaycanın bu günki inkişafını göstərir. Bakıya əlavə yaraşıq verən Heydər Əliyev aeraportunun nüfuzlu “The Jakarta Post” qəzetinin keçirdiyi sorğu nəticəsində dünyanın ən gözəl aeraportları sırasında 1-ci yeri tutması da təsadüfü deyil. Xatırladaq ki,  hava limanlarının ölkə və insanların həyatındakı rolundan bəhs edən yazıda hava limanın yalnız nəqliyyatla bağlı bir məkan deyil, həm də ölkənin iqtisadi göstəricisi olduğu vurğulanıb. Bildirilib ki, bir ölkənin əhalisinin gəliri nə qədər çox olarsa, insanlar o qədər çox səyahət edər, dünyanı gəzər. Dünyada 13 ən gözəl aeroportun adını açıqlayan “The Jakarta Post” siyahıda ilk olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunu göstərib. Qeyd edilib ki, Bakının hava limanı ildə 5 milyondan çox sərnişinə xidmət edə bilər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR