Siyasət

İqtisadi tənəzzül, aclıq və səfalət...

30-01-2018 | 10:36        

  

İqtisadi tənəzzül, aclıq və səfalət... Bu, yürüdüyü işğalçılıq siyasəti ilə özünü təcrid vəziyyitinə salan Ermənistanın real mənzərəsidir.   Ölkədə sosial layihələr  həyata keçirlmədiyindən əhalinin həyat səviyyəsi hər ötən gün ağırlaşır.

Büdcəni xarici ianələr hesabına doldurmağa çalışan Ermənistan hökuməti diasporun hədəfindədir. Avropa erməniləri assosiasiyaları forumunun sədri Aşot Qriqoryan investorları ayıq-sayıq olmağa və Ermənistana sərmayə yatırmamağa çağırıb. O, hətta, diaspor üzvlərinə nə qədər ki, ölkə rəhbərliyində Serj Sarkisyan və Karen Karapetyan var, Ermənistana getməməyi məsləhət görüb. Ermənistanda uğursuz investisiya təcrübəsindən danışan forum sədrinin sözlərinə görə  hökumət əhaliyə daim yalan danışır. Onların fırıldaqçılığına görə Ermənistanda investisiya yatırmağa maraq göstərən insanlar ordan qaçır. Diaspora ölkəyə kifayət qədər pul xərcləyib, biznes-planlar hazırlanıb lakin səylər boşa çıxıb. Sərf olunan pullar təyinatı üzrə istifadə edilməyib. Aşot Qriqoryan deyir ki, belə olsaydı  Ermənistan iqtisadiyyatı tənəzzülə uğramaz, əhali isə normal şərtlər altında yaşayardı. Ölkədə isə hazırda böhran, aclıq və səfalət hökm sürür. Bütün bunların kökündə hökumətin yürütdüyü işğalçılıq siyasəti dayanır. Hakimiyyət illərdir Dağlıq Qarabağ kartından öz maraqları üçün istifadə edir. Bu ölkənin ötən əsrin 90-cı illərində Azərbaycana qarşı başlatdığı ərazi iddiaları birinci növbədə sadə vətəndaşlara təsir edib. Hökumət, həmin dövrdə Ermənistana köçən ermənilərdən istifadə edərək xarici təşkilatlardan külli miqdarda alır. Bu məsələni araşdıran epress.armenia xəbər portalı ortaya maraqlı faktlar çıxarıblar. Məlum olub ki, Ermənistan hökuməti, bütün səfirliklərə Azərbaycandan gələn ermənilərin ölkələrinə buraxılmaması tapşırığını verib. Abovyanda məskunlaşan Stella Arutunyan burada ağır şərlər altında yaşadıqlarını açıqlayıb. Onun sözlərinə görə onlar Ermənistanda girovdurlar. Bir vaxtlar Azərbaycanda yaşadıqları həyat tərzindən burada əsər-əlamət  yoxdur. Yerli ermənilər onlara düşmən münasibəti bəsləyirlər. Stella Arutunyan hələ aylar əvvəl Epress armenianın jurnalistinə belə bir sula vermişid. “Siz belə şərtlər altında yaşasaydınız Ermənistan vətəndaşı olmaq istərdinizmi? Burada bizə yer yoxdur. Nə normal sığınacağımız, nə mətbəximiz var. Arutunyan Ermənistanda yaşayan əhalinin iflas, işsizlik, pul vəsaitinin çatışmazlığı, bunların gətirdiyi sosial problemlərə dözə bilmədiyini qeyd edir. Bu səbəbdən də ölkəni tərk etmək istəyənlər içərisində o da var. Lakin məlum səbəblərdən buna heç bir şansı qalmayıb. Ermənistan Miqrasiya xidmətinin rəhbəri Qaqik Yeqanyan bildirib ki, qaçqınalar üçün ev tikməkdən ötrü büdcədə pul çatışmır. Heç bir perspeektiv də gözlənilmir...