Siyasət

“The London Post”: “ Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində sosial və iqtisadi infrastruktur məhv edilib”.

30-01-2018 | 10:32        

  

“Ermənistan əmlakın məhv edilməsini qadağan edən bir sıra konvensiya və qətnamələri pozur”. Dağlıq Qarabağda sosial və iqtisadi infrastruktur məhv edilib ki, bu da ağır sosial, iqtisadi və ekoloji itkilərlə müşayiət olunub. “The London Post” nəşrində ermənilərin Dağlıq Qarabağda törətdikləri ekoloji fəlakət barədə dərc olunan məqalədə bu fikirlər əksini tapıb.

25 ildən artıqdır davam edən Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın işğal olunan ərazilərində insan potensialına, iqtisadiyyatına, sənayesinə və kənd təsərrüfatına ağır zərbə vurub. Bu fikir Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidentinin köməkçisi Anastasiya Lavrinanın “The London Post” nəşrində dərc olunan məqaləsində əksini tapıb. Bildirilib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin nəzarəti altındadır. Həmin ərazilərdə sosial və iqtisadi infrastruktur məhv edilib ki, bu da ağır sosial, iqtisadi və ekoloji itkilərlə müşayiət olunub. Yaxınlıqdakı rayon və kəndlərin mütəmadi atəşə tutulması, ərazilərin yandırılması, işğal olunan ərazidə yerləşən Sərsəng su anbarının təchizatının qarşısının alınması ekoloji fəlakətə gətirib çıxarıb. Dağlıq Qarabağda ən böyük su ehtiyatı olan Sərsəng su anbarı hazırda Ermənistan silahlı qüvvələri tərəfindən nəzarətdədir. Bu da Azərbaycanın təmas xəttindəki bölgələrində su təchizatı probleminə gətirib çıxarıb. Ermənistan tərəfindən uzun illərdir ki, çirkli sular çaylara axıdılır. Bu cür davranışla işğalçı ölkə həm dövlətin ərazi bütövlüyünün toxunulmazlığına dair hüququ, həm də əmlakın məhv edilməsini qadağan edən bir sıra konvensiya və qətnamələri pozur. Məqalədə problemin beynəlxalq səviyyədə öyrənilməsi və qarşısının alınmasına mütəxəssislərin cəlbinin vacibliyi vurğulanır. Qeyd edilir ki, yerüstü ekosistemlərin qorunması və bərpası, bioloji müxtəlifliyin itirilməsinin qarşısını almaq BMT-nin davamlı inkişafının əsas məqsədlərindən biridir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR