Siyasət

Pakistanın “The News” qəzeti: “Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır”

30-01-2018 | 10:29        

  

Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır, böyük İpək Yolu üzərində yerləşən nəqliyyat dəhlizləri ilə bağlı ən iri layihələr onun iştirakı və dəstəyi ilə həyata keçirilir. Bu fikirlər Pakistanın “The News” qəzetində ölkəmizlə bağlı dərc olunan məqalədə yer alıb. 

Azərbaycan ilə Pakistan arasındakı münasibətlər möhkəm əsaslar üzərində qurulub. İki ölkə arasında bütün sahələr üzrə əməkdaşlıq uğurla inkişaf edir. Pakistanın “The News” qəzetində ölkəmizlə bağlı dərc olunan məqalədə belə deyilir. Pakistan vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil aldıqları, eləcə də Bakı Dövlət Universitetində urdu dili fakültəsinin fəaliyyət göstərdiyi və azərbaycanlı tələbələrin də urdu dilini öyrəndiyi, hər il Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində təhsil, səhiyyə müəssisələrində bir sıra humanitar və sosial layihələrin həyata keçirildiyi bildirilir. Pakistanla müdafiə sənayesi, təhlükəsizlik, ticarət-iqtisadi, kənd təsərrüfatı, turizm, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanır. Yazıda 2017-ci il ərzində ticarət-iqtisadi və kənd təsərrüfatı sahələrində iki birgə işçi qrupunun təsis edildiyi, məhsulların qarşılıqlı ixracı, birgə müəssisələrin yaradılması, mövcud nəqliyyat dəhlizlərinin imkanlarından istifadə etməklə ikitərəfli ticarət həcminin artırılmasının mümkün olduğu qeyd olunur. Müəllif yazır ki, Azərbaycan çox yaxşı turizm infrastrukturuna, zəngin tarixi, mədəni və təbii irsə malikdir, bu da öz növbəsində dünyanın bir çox yerlərindən turistləri ölkəmizə cəlb edir. Diqqətə çatdırılır ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə Pakistan vətəndaşları üçün də viza prosedurları sadələşdirilib. Məqalədə Azərbaycanın Avropa və Asiya arasında körpü rolunu oynadığı, böyük İpək Yolu üzərində yerləşən nəqliyyat dəhlizləri ilə bağlı layihələr həyata keçirdiyi bildirilib. Bakı-Tbilisi-Qars layihəsinin başa çatdırılmasından sonra Azərbaycanın tranzit ölkə olaraq əhəmiyyətinin daha da artdığı, hazırda icrası davam edən Şimal-Cənub və Şərq-Qərb tranzit dəhlizlərinin tam istifadəyə verilməsindən sonra yeni imkanların açılacağı vurğulanır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.02.2018) :
Gecə : +3 | Gündüz: +6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0281 | Satış: 0.0301

Avro:
Alış: 2.058 | Satış: 2.1319
AzTV TƏQDİM EDİR