İqtisadiyyat

Bu il geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 170 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur

30-01-2018 | 08:57        

  

2017-ci ildə regionların inkişafına 4,5 milyard manat vəsait yönəldilib, 221 min yeni iş yeri açılıb.  Bu barədə Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfrans çərçivəsində sahibkarlarla görüşdə məlumat verilib.

Dövlət Proqramı çərçivəsində 2017-ci ildə regionların inkişafına 4,5 milyard manat vəsait yönəldilib və dövlət başçısı bölgələrə 30-dan çox səfər edib və bu səfərlər çərçivəsində müxtəlif təyinatlı 130-dək obyektlə tanış olub, açılış və təməlqoyma mərasimlərində iştirak edib, şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı 74 sərəncamla 368 milyon manat vəsait ayrılıb. Bu bardə sahibkarlarla keçirilən görüşdə məlumat verilib. İqtisadiyyat naziri Şahin Mustafayev bildiridi ki, özəl bölmədə aparılan islahatlar çərçivəsində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2021-ci il yanvarın 1-dək artırılıb, İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə indiyədək 5000 lisenziya verilib. Sənaye parkları və məhəllələrinin təşkili tədbirləri davam etdirilib. 2017-ci ildə 1953 sahibkarın layihəsinə geri qaytarılan kreditlər hesabına 146 milyon manat güzəştli kredit verilib. Pambıqçılığa 10 milyon manat, tütünçülüyə 1,6 milyon manat, zeytun və badam bağlarının salınmasına və zeytun yağı istehsalı zavodunun tikintisinə 10 milyon manat güzəştli kredit verilib. Görülən işlər nəticəsində ötən il 177 mini daimi olmaqla, 221 min yeni iş yeri açılıb. 2017-ci ildə qeyri-neft  məhsullarının ixracı 24,4% artıb. Bu il geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 170 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur. İnvestisiya qoyuluşunun təşviqi məqsədilə indiyədək 208 sahibkarlıq subyektinə 230 investisiya təşviqi sənədi verilib və bu layihələr nəticəsində yerli istehsala 2 milyard manatdan artıq investisiya yatırılacaq, 16 minədək yeni iş yeri açılacaq. Sonra İqtisadiyyat naziri Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri Heydər Əsədov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Vergilər nazirinin müavini İlkin Vəliyev sahibkarların suallarını cavablandırıblar, sahibkarların təklifləri dinlənilib.

Sahibkarlar ölkə başçısı tərəfindən həyata keçirilən islahatların ənənəvi sahələrin dirçəlməsinə də cəbəb olduğunu vurğuladılar. Qeyd olundu ki, bu cür görüşlərin təşkili istənilən problemin qısa zamanda aradan qaldırılmasına şərait yaradır.

Görüşdə sahibkarlar özəl sektorun inkişafına göstərilən dəstək tədbirlərinə görə dövlət başçısına təşəkkür ediblər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.02.2018) :
Gecə : +3 | Gündüz: +6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0281 | Satış: 0.0301

Avro:
Alış: 2.058 | Satış: 2.1319
AzTV TƏQDİM EDİR