Siyasət

İstanbulda “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfrans başlayıb

30-01-2018 | 08:52        

  

İstanbulda “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfrans başlayıb. Konfransda Azərbaycan nümayəndə heyəti də iştirak edir.

İslam dünyası Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin yaxşı nəticələrini gördü. “İslam Həmrəyliyi İli” çərçivəsində bir sıra tədbirlər keçirildi. Və bu tədbirlərdə Qüds məsələsinə xüsusi həssaslıqla yanaşıldı. Bu fikirlər İstanbulda “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimində səsləndirildi. Konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Baş nazirinin müavini Bekir Bozdağ, Dini İşlər üzrə nazir Ali Erbaş və digərləri Qüds məsələsinin regionda ciddi narahatlıq doğurduğunu bildirdilər. Beynəlxalq ictimaiyyətin məsələnin həllinə daha diqqətlə yanaşmasının vacibliyi vurğulandı.

Konfransda Qüds şəhərinin tarixi və müasir vəziyyətini əks etdirən film nümayiş etdirildi. Tədbirdə Azərbaycanla yanaşı, İran, İraq, Fələstin, Hindistan, Böyük Britaniya, Özbəkistan, Pakistan, Tatarıstan, Mərakeş, İndoneziya, Qazaxıstan və digər ölkələrdən tanınmış elm və din xadimləri iştirak edirlər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (14.08.2018) :
Azbuludlu Gecə : +21+23 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR