Bölgələr

Balakəndə qazlaşmanın səviyyəsi 100 faizdir

29-01-2018 | 16:51        

  

Dövlət başçısının tapşırığına uyğun olaraq bölgələrin qazlaşdırılması artıq yekunlaşır. 2017-ci ildə daha 56 yaşayış məntəqəsini mavi yanacaqla təmin edilib və ölkə üzrə qazlaşma 93 faizə çatıb. Hazırda əsasən ucqar kənlərə qaz xətləri çəkilir. Həmin kəndlərin də qazlaşdırılması üçün bu il dövlət büdcəsindən 100 milyon manat vəsait ayrılacaq. Bununla da ölkə üzrə qazlaşmanın səviyyəsi 95 faizə çatdırılacaq. Balakəndə bu proses necə gedib? Sakinlər hansı kəndlərdə mavi yanacağın asevincini yaşayırlar? Daha ətraflı müxbirimiz xəbər verəcək.

Yaradılan şəraitdən belə razılıqla bəhs edən müsahibimiz Balakənin Talalar kənd sakinidir. 6000-ə yaxın əhalisi olan və nəinki rayonun, hətta ölkənin ən  iri yaşayış məntəqələrindən biri sayılan Talalarda 1480 qaz abonenti var. İndi Əhmədovlar ailəsi kimi onların hər biri çox məmnundur. Axı kənddə yaşamalarına baxmayaraq, məişət rahatlığına görə hər kəs özü üçün tam şəhər mühiti yaradıb. Buna necə nail olublar? Çünki...

Beləcə Talalar sakinlərinin sosial vəziyyəti, gün-güzəranı daha da  yaxşılaşıb, təsərrüfat imkanları genişlənib.Hər kəs bir ağızdan deyir ki, mavi yanacaq həm  ən əlverişli yanacaq növüdür, həm istisi daha çoxdur,  həm də ailə büdcəsinə müsbət təsir göstərir.

Şimal-qərb regionumuzda füsunkar guşələri, əsrarəngiz qış və yay mənzərələri ilə məşhur olan və böyük turistik potensiala malik Balakəndə son illər bütün infrastrukturlar yenilənib. Əsaslı təmir edilən yollar, fasiləsiz verilən elektrik enerjisi və rayonun 100 faiz qazlaşdırılması rayonun ən ucqar məntəqələrinə belə  müasirlik, abadlıq, komfort gətirib.  97 min 500 əhalisi olan Balakəndə ümumilikdə  20 min 932 qaz abonenti var. 2013–cü ildən etibarən rayonun 54 yaşayış məntəqəsinin əhalisi fasiləsiz olaraq mavi yanacağın evlərə bəxş etdiyi rahatlıqdan bəhrələnir. Hazırda bütün istehlakçılar sayğac və fərdi tənzimləyicilərlə təmin olunub.