Siyasət

Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrup”un sədri Milli Məclisdə görüşlər keçirib

29-01-2018 | 16:30        

  

Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrup”un sədri, portuqaliyalı deputat Duarte Paçekonun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyəti Milli Məclisdə görüşlər keçirib.

Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrup”un sədri, Duarte Paçekonun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin məqsədi Azərbaycanla daha yaxından tanış olmaqıdır. Milli Məclisin sədri Oqtay Əsədov ölkəmzin  Parlamentlərarası İttifaq, o cümlədən “12 Plyus Geosiyasi Qrup”dakı dövlətlərlə yüksək səviyyəli əlaqələrinin olduğunu vurğulayaraq, bu səfərin əməkdaşlığı daha da sürətləndirəcəyinə ümidvarlığını bildirdi. Azərbaycanın Avropa İttifaqı ilə genişlənən əməkdaşlığından da danışaraq ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatındakı mühüm rolunu qeyd etdi. Qonağa reallaşdırılan iri neft-qaz layihələri barədə məlumat verərək Azərbaycanın dünyada həm də tolerant, multikultural ölkə kimi tanındığını bildirdi. Diqqətə çatdırdı ki, Azərbaycan Parlamenti özünün 100 illik yubilyinə hazırlaşır. Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrup”un sədri, portuqaliyalı deputat Duarte Paçeko isə rəhbəri olduğu qrupun tərkibindən və fəaliyyətindən geniş söz açdı. Bu qrupun digərlərindən fərqli olaraq 3 qitəni birləşdirdiyini dedi. Nümayəndə heyətinin Milli Məclis sədrinin müavini Valeh Ələsgərovla keçirdyi görüşdə hüquqi demokratik inkişaf yolu ilə irəliləyən ölkəmizdəki siyasi, iqtisadi sahələrdə cərəyan edən proseslər, həyata keçirilən layihələr, əldə olunan uğurlar, beynəlxalq əməkdaşlıq  barədə geniş məlumat verildi. Əsas məqsədimiz ölkəmizin müstəqillyinin qorunması, ərazi bütövlüyünün bərpa olunması, iqtisadi qüdrətinin möhkəmləndirilməsidir, deyən vitse-spiker Azərbaycanın beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq etdiyini söylədi. Nümayəndə heyətinin Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşündə də qonaqlara ölkəmzin keçdiyi tarixi yol, əldə etdiyi uğurlar, Azərbaycandakı tolerantlıq, terrorizmə qarşı mübarizə sahəsində dünyaya verdiyi töhfələr, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verildi.