Digər

“Azərbaycan Xalq Cümhuriyyəti - milli dövlətçiliyin ideya əsasları və müasirlik” adlı konfrans keçirilib

29-01-2018 | 13:32        

  

Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti - milli dövlətçiliyin ideya əsasları və müasirlik” mövzusunda elmi konfrans keçirilib.

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi tariximizə böyük ehtiramdır və milli dövlətçilik  təfəkkürünün dərinləşməsinə xidmət edir”. Bu fikirlər Fəlsəfə İnstitutunda keçirilən konfransda səsləndi. Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirdi ki, Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli Sərəncamına əsasən, Akademiyada hazırlanan tədbirlər planının icrasına başlanılıb. Yubileylə əlaqədar həm ölkədə, həm də xaricdə konfranslar keçiriləcək. Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdə həyata keçirdiyi tədbirlərdən danışdı. Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə Prezident İlham  Əliyevin Şərqdə ilk parlamentli respublikanın 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında sərəncamının əhəmiyyətini xüsusi vurğuladı. Sənəd Xalq  Cumhuriyyəti ilə bağlı həqiqətlərin, eləcə də həmin dövrün fundamental  şəkildə araşdırılaraq xalqımıza və dünya ictimaiyyətinə çatdırılmasına töhfə verəcək. Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev və digər natiqlər qeyd etdilər ki, Xalq Cümhuriyyəti tarixinin tədqiqi Ümummilli lider Heydər Əliyev tərəfindən dövlət siyasəti səviyyəsinə qaldırılıb və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Konfransda məruzələr dinlənildi müzakirələr aparıldı.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR