Mədəniyyət

İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı konsert olub

29-01-2018 | 10:48        

  

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Türkiyıdə də silsilə tədbirlər keçirilir. Müslüm Moqamayev adına Azərbaycan Dövlət Rəqs Ansamblı İstanbulun “Yəhya Kəmal Bayatlı Mədəniyyət Mərkəzi"ndə “Mənim Azərbaycanım” adlı konsert proqramı ilə çıxış edib.

“Azərbaycan - Türk  xalqları arasındakı qardaşlıq və dostluq bağları sarsılmaz və daimidir.  Şəhidlərimizin qanı ilə möhürlənən bu qardaşlıq sonsuza qədər davam edəcək”.  İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə Mustafa Kamal Atatürkün siatı səsləndirildi. “Hazrfem” Azərbaycan Türkiyə dostluq cəmiyyətinin sədri  Nuran Acar ümummilli lider Heydər Əliyevin iki ölkənin tarixi münasibətlərini əks etdirən “Biz bir millət iki dövlətik” kəlamını da xatırlatdı.

Daha sonra çıxış edən Küçükçəkməcə bələdiyyəsinin sədri Recep Şencan və millət vəkili Nurettin Aras öz çıxışlarında Azərbaycan dövlət rəqs ansamblını seyr etməkdən məmmunluq hiss etdiklərini ifadə etdilər. İki hissəli konsert proqramında xalq rəqsləri ilə yanaşı, Üzeyir Hacıbəyov, Emin Sabitoğlunun əsərləri əsasında səhnələşdirlimiş rəqslər təqdim olundu. "Arşın mal alan", "Gənclik", "Tərəkəmə", "Çayçı", "Toy", "Bahar", "Ağ çiçək", "Yaylıqlarla lirik rəqs" və "Koroğlu" dastanının motivləri əsasında hazırlanan balet tamaşaçılar tərəfindən böyük maraqla izlənildi.

“Hazarfem”  Azərbaycan – Türkiyə dostluq cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin,  İstanbulun Küçükçəkməcə rayon bələdiyyəsinin birgə dəstəyi ilə  baş tutan konsert  böyük coşqu ilə qarşılanıb.

Zəngin Azərbaycan musiqi mədəniyyətinin incilərinə canlı tamaşa etmək üçün 8000 yerlik Yehya Kemal Bayatlı konsert salonunda Türkiyənin tanınmış mədəniyyət xadimləri, diplomatlar, İstanbul ictimaiyyətinin tanınmış nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri də iştirak ediblər.