Mədəniyyət

Rusiyanın tanınmış incəsənət xadimləri Bakını maraqlı mədəniyyət mərkəzi adlandırırlar

29-01-2018 | 10:36        

  

“Dünyanın bir çox ölkələrindən turistləri cəlb edən Bakı, həm də maraqlı mədəniyyət mərkəzidir”. Paytaxt Bakıya, ümumilikdə ölkəmizə heyranlıqlarını gizlətməyən Rusiyanın tanınmış incəsənət xadimləri Azərbaycan Televiziyasına müsahibələrində maraqlı açıqlamalar veriblər.

“Bakı sevincli, şən insanların şəhəridir. Bunu söyləməyimin də əsası var, çünki burada olduğum zaman qarşılaşdığım insanların hamısında doğmalıq, istilik görürəm”. Bakının gözəlliyindən və xalqımızın tarixi adət ənənələrindən danışan Rusiyanın xalq artısti Valeriya qeyd etdi ki, ölkəmizdə milli dəyərlərin, mədəniyyətin qorunub saxlanması onu çox sevindirir. Bir neçə dəfə Bakıda konsert proqramları ilə çıxış edən Valeriya ölkəmizə heyran qaldığını da bildirdi.

Valeriya – Rusiyanın xalq artisti

Bakıda tikinti bumundan öncə də olmuşam və son illərdə  müasir Bakıya dəfələrlə səfər etmişəm. Hər il heç olmasa 1-2 dəfə Bakıya gəlirəm. Uzun fasilədən sonra ilk dəfə Bakıya gəldikdə mən İçərişəhəri çıxmaq şərtiylə, özümü sanki başqa bir şəhərdə hiss edirdim. Hər yer o qədər fərqli və maraqlı görünürdü ki, valeh oldum müasir Bakıya. Yadımdadır səfərimiz qış vaxtına düşmüşdü. O qədər sevdim Bakının qışını, yeni ilə hazırlığını, hər yer işıqlı, al əlvan idi. Bəxtimizdən hava da xoş idi, bir sözlə bu gözəlliyə, ucu bucağı görünməyən dənizkənarı bulvara, orada gəzməyə aşiq oldum. Sözsüz ki, ayrıca Azərbaycan qonaqpərvərliyindən danışmaq lazımdır, məncə bu artıq sizin mədəniyyətinizin bir hissəsidir. Həmçinin inanılmaz dadlı təamlarınız və çox mehriban insanlarınız var.

"Azərbaycanla Rusiya arasında bütün sahələrdə çox mehriban münasibət var". Azərbaycana səfərinin təəssüratlarını bölüşən, şəhər sakinlərinin qonaqpərvərliyindən, Xəzər sahilində istirahətindən və Bakının inanılmaz gözəlliyindən danışan Rusiyanın tanınmış aktyoru, Tatarıstanın əməkdar artisti Kamil Larin ölkəmizə Formula 1 Avropa Gran Prisi zamanı səfər etdiyini bildirdi. Onun sözlərinə görə, son illər Azərbaycanda bu cür mötəbər tədbirlər çox böyük uğurla təşkil olunur və bu ölkənin nüfüzunu beynəlxalq aləmdə daha da artırır.

Kamil Larin – Tatarıstanın əməkdar artisti

Mən ailəmlə getmişdim Bakıya və bir neçə gün orda olduq. Sözsüz ki, bu müddət çox az oldu və Bakının doyunca gəzə bilmədik. Amma İçərişəhəri gəzdik, Bakının müasirliyinə və tarixinə heyran olduq. Səfərimiz Formula 1 yarışlarının başlanğıcı ərəfəsinə düşdüyündən, bir neçə dəfə sürətli avtomobilləri canlı gördük.  Azərbaycanın bu yarışlara hazırlığı möhtəşəm idi. Bildiyimə görə, yarışlar hələ bir neçə il Bakıda keçiriləçək. Düşünürəm ki, bu bir idman bayramıdır və Bakıda çox gözəl təşkil olunur. Mən bir məsələni xüsusi vurğulamaq istəyirəm. Bakı o şəhərlərdəndir ki, oraya təkrar- təkrar gəlmək istəyirsən, bu isə mənim üçün xüsusi bir göstəricidir.

"Xəbərlər", Azərbaycan Televiziyası

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.02.2018) :
Gecə : +3 | Gündüz: +6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0281 | Satış: 0.0301

Avro:
Alış: 2.058 | Satış: 2.1319
AzTV TƏQDİM EDİR