Bölgələr

Regionlarda hüquqi və fiziki şəxslərə, dövlət qulluqçularına “elektron imza”nın verilməsinə başlanılıb

18-10-2011 | 11:11        

  

Regionlarda hüquqi və fiziki şəxslərə, dövlət qulluqçularına  “elektron imza”nın verilməsinə başlanılıb.  Bununla bağlı Məlumat Hesablama Mərkəzi “Azərpoçt” MMC ilə birlikdə regionlarda poçt filiallarının müştəri xidmətləri şöbəsində qeydiyyat mərkəzləri yaradıb. Qeydiyyatdan keçmək istəyən hər bir vətəndaş müvafiq qanunvericiliyə uyğun olaraq şəxsiyyət vəsiqəsini, hüquqi şəxs və ya dövlət qulluqçusu olduqda digər lazımi sənədləri təqdim etməlidir.  Filiallarda bu işlərin dekabrın 1-dək başa çatdırılması nəzərdə tutulub.  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə artıq cənub bölgəsində lazımi avadanlıq quraşdırılıb.  Xidmət işini yüksək səviyyədə və operativ yerinə yetirmək məqsədi ilə Məlumat hesablama Mərkəzi tərəfindən “Azərpoçt” MMC-nin mütəxəssisləri üçün treninqlər keçirilir.