Digər

İtaliyanın “askanews” xəbər portalında Yanardağla bağlı məqalə dərc olunub

25-01-2018 | 10:50        

  

İtaliyanın “askanews” xəbər portalında “Azərbaycan. İpək Yolunun üzərində italyanca düşünən muzey” sərlövhəli məqalə dərc olunub.

Məqalədə italiyalı məşhur səyyah Marko Polonun əsərlərində dünyada öz-özünə yanan mifik bir yerin mövcudluğu barədə məlumat verdiyi və həmin yerin Azərbaycanda yerləşən Yanardağ olduğu bildirilir. Yazıda Prezident İlham Əliyevin Yanardağ qoruğunun yenidən qurulması barədə tapşırıq verdiyi diqqətə çatdırılır. Həmçinin Yanardağla bağlı azərbaycanlı ekspertlərin italiyalılarla birgə hazırladığı “Enerji muzeyi” adlanan layihədən bəhs olunur.

Yazıda layihənin “Yanardağ-Enerji muzeyi-Alov teatrı” adlandırılmasının ərazidə təkcə öz-özünə yanan ocaqların mövcudluğu ilə bağlı deyil, həmçinin Azərbaycanın təbii qaz yataqları ilə zəngin olmasından qaynaqlandığı bildirilir.

Məqalədə Yanardağla bağlı hazırlanmış layihədə italiyalı memar Laura Perettinin də iştirak etdiyi diqqətə çatdırılır və onun layihə ilə bağlı fikirlərinə istinad olunur. Memar L.Peretti “Yanardağ” layihəsinin təkcə bu ərazinin deyil, bütövlükdə Azərbaycanın inkişaf etdirilməsi arzusundan qaynaqlandığını bildirir. O, layihənin təkcə yeni muzey kimi deyil, həmçinin Landşaft Rəsədxanası, bütün enerji növlərinə aid Təhsil və Tədqiqat Mərkəzi kimi fəaliyyət göstərərək, ərazinin tarixi və landşaftı barədə mühüm biliklər verəcəyini vurğulayır.

Yanardağı gecələr alov saçan muzey və nadir landşafta malik yaşıl vadi adlandıran italiyalı memar layihənin Azərbaycanın tarixi, eyni zamanda, enerji ehtiyatları haqqında məlumat verən ən müasir multimedial və interaktiv layihə olduğunu və onun yerləşdiyi ərazidə turizmin inkişafına töhfə verəcəyini qeyd edir.

Yazıda İtaliya və Azərbaycan İpək Yolu üzərində yerləşən və mədəni cəhətdən bir-biri ilə bağlı ölkələr kimi xarakterizə edilir. Həmçinin İtaliyanı Azərbaycan ilə birləşdirəcək digər amil – Trans-Adriatik boru kəməri (TAP) haqqında da danışılır.

İtaliyanın müxtəlif kütləvi informasiya vasitələrinin marağına səbəb olan məqalə ölkənin nüfuzlu xəbər saytlarından olan “Prealpina”, “Notizie Tiscali”, “Notizie Yahoo” tərəfindən də dərc olunub.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.02.2018) :
Buludlu Gecə : +3-5 | Gündüz: +7-9
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0274 | Satış: 0.0293

Avro:
Alış: 2.0366 | Satış: 2.1097
AzTV TƏQDİM EDİR