İqtisadiyyat

ARDNŞ-nin Sumqayıt Təlim-Tədris Mərkəzində müasir tələblərə cavab verən kadrlar yetişdirilir

23-01-2018 | 16:10        

  

Bu gün dövlət başçısnın diqqət və qayğısı sayəsində   Sumqayıtın böyük sənaye şəhərinə çevrilməsi proqramı hazırlanır. Bu proqram əsasında Sumqayıtda Karbamid zavodu, Socar Polimer zavodu tikilir, sənaye parkı, parkın rezidentləri yaradılır və orada daimi  iş yerləri  açılır. Bu zavodlarında müasir yeniliklərlə işləyən kadrlar hazırlamaq mühüm məsələdir.

Bu biliklərə isə ARDNŞ-nin Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin nəzdindəki Sumqayıt Təlim Tədris Mərkəzində yiyələnmək olar. Özü də ən peşəkar səviyyədə... Beləcə dünənin tələbələrin qarşısında ölkənin ən perspektivli, nüfuzlu, qaynar iş həyatı vəd edən müəssisələrinin qapısı açılmış olur. Çünki Azərkimya İstehsalat Birliyinin qurumlarında, eləcə də  Sumqayıtda yeni fəaliyyətə başlayacaq Socar Karbomid və Socar Polimer zavodlarında məhz belə profilli, müasir texnologiyalara bələd olan gənc kadrlara böyük ehtiyac var.

Sözügedən mərkəz  isə “Etilen-Polietilen” zavodunun  ərazisində 2012-ci ildən fəaliyyət göstərir.  Yananandan bəri hədəfi Sumqayıtın sənaye müəssisələrinin yüksək ixtisaslı kadr hazırlığına olan tələbatını ödəməkdir. Elə bu məqsədlə tədris müəssisəsinə qəbul olan müdavimlər senytabr ayından növbəti ilin iyul ayınadək təhsil alır, sonra isə imtahan verirlər. Və kursu müvəffəqiyyətlə başa vuranların bundan sonra maraqlı iş həyatı başlayır.

Elə bu qaydaları sırf iş mühitində öyrənmək, faydalı təcrübə toplamaq çox önəmlidir. Axı sirr deyil ki, məzunları işə götürməkdən imtina edərkən, ən tutarlı səbəb – onların səriştəsizliyi olur. Mərkəzdəki müdavim – elektriklərə isə istehsal  obyektinin  xüsusiyyəti, sanitariyası  və  gigiyenası, elektrik avadanlıqlarının iş prinsipləri, onların  təmirə  dayandırılması, təmiri və işə  salınması, sıradan  çıxmış hissələrin dəyişdirilməsi, xəsarət  almış  iş  yoldaşlarına ilk tibbi  yardımın  göstərilməsinə qədər bütün xırda detallar öyrədilir. Onlara yiyələndikdən sonra  elektrikə öz peşə dərəcəsinə uyğun  işləri  sərbəst  yerinə  yetirmək necə deyərlər, su işmək kimi asan olur.

Hələ ali təhsilin pillələrini başa vurmamış gənclər də mərkəzin yaratdığı geniş imkanlardan faydalanırlar. Sumqayıt Dövlət Universitetinin tələbələri kimi...burada qazandıqları peşə təcrübəsi onlara ali məktəbi bitirən kimi öz doğma şəhərlərinin müəssisələrində iş tapmaq şansı verir. Yəni harasa CV verməyə, uzun-uzadı gözləməyə, tanışlar axtarmağa heç bir ehtiyac yoxdur.

Belə həvəsli, motivasiya dolu gənclər mərkəzdə çoxdur. Belə ki cari   tədris ilində 7 ixtisas üzrə 60  müdavim  hazırlanır. Onlar təhsil müddətində nahar yeməyi, təqaüd və xüsusi geyim forması ilə də təmin edilirlər. Eyni zamanda,  “Azərikimya” İB-nin müəssisələrində çalışan  işçilərin ixtisasının artırılması, 2-ci peşəyə yiyələnməsi prosesi də məhz burada aparılır.

Dərəcə və peşəkarlıq öz yerində, amma belə profilli müəssisələrdə təhlükəsizlik qaydalarına ciddi riayət  olunması həmişə ilk pillədə durur.  Odur ki, təlim Tədris  Mərkəzində işçilərin istehsalat sahəsində daha diqqətli və sağlam şəraitdə işləyə bilməsi üçün zəruri biliklər aşılanır.

Şərait isə həqiqətən təqdirəlayiqdir. Mərkəzin tədris otaqları, təlim emalatxanaları, kitabxana ən müasir informasiya texnologiyaları və əyani vəsaitlərlə tam təmin edilib.

Yəni yekun imtahanları bu otaqdakı müşahidə kameraları vasitəsi ilə, elektron formada tam şəffaf keçirilir. Hər kəs biliyinə, qazandığı təcrübəyə və kurs dövründəki çalışqanlığına uyğun qiymətləndirilir. Bu isə o deməkdir ki, Sumqayıt Təlim Tədris Mərkəzi həm gələcəyin peşəkarlarını yetişdirir, həm də onlar üçün sərfəli iş yerləri tapır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.02.2018) :
Buludlu Gecə : +3-5 | Gündüz: +7-9
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0274 | Satış: 0.0293

Avro:
Alış: 2.0366 | Satış: 2.1097
AzTV TƏQDİM EDİR