Siyasət

Azərbaycan dünyanın ən yaxşı ölkələri sırasında 5 pillə irəliləyib

23-01-2018 | 15:56        

  

Dünyanın nüfuzlu "U.S. News & World Report" jurnalının 2018-ci il üçün tərtib etdiyi ən yaxşı ölkələrin reytinq cədvəlində Azərbaycan 5 pillə irəliləyib.

Azərbaycanda gedən sürətli inkişaf dünyadakı reytingini də gündən gündə yüksəldir. Davos İqtisadi Forumunun son 2 hesabatında yüksək yerləri tutan Azərbaycan daha bir reyting cədvəlində dünyanın güclü ölkələri ilə rəqabətə girib. Belə ki, dünyanın nüfuzlu "U.S. News & World Report" jurnalının 2018-ci il üçün tərtib etdiyi "Dünyanın ən yaxşı ölkələri"nin siyahısında ölkəmiz 5 pillə irəliləyib. Digər postsovet ölkələri, o cümlədən Gürcüstan və Ermənistan isə bu siyahıya ümumiyyətlə düşə bilməyib. Siyahıda İsveçrə, Kanada, Almaniya, Böyük Britaniya, Yaponiya yüksək yerləri tutub. ABŞ 2017-ci ilə nisbətən bir pillə geriləyərək 8-ci olub. Azərbaycan postsovet ölkələrindən Ukrayna, Qazaxıstan, Belarusdan irəlidədir. Reytinq 9 kriteriya üzrə- turizm sənayesinin inkişafı, innovasiya, sosial sfera, mədəniyyət, iqtisadi artım tempi, biznesə açıqlıq, əhalinin ümumi həyat səviyyəsi, dünya arenasında güc və təsir səviyyəsi, tarixi irs əsasında hazırlanıb. Xatirladaq ki, bundan əvvəl açıqlanan “Dünya İqtisadi Forumu”nun “Qlobal rəqabətlilik 2017-2018” hesabatında Azərbaycan dünyada ən güclü xalq-iqtidar birliyi olan ölkələr sırasında yer alıb. Dünyada əhalinin dövləti idarə edən siyasətçilərə ən çox etimad göstərdiyi ölkələrin yer aldığı hesabat, birbaşa əhali və biznes nümayəndələri arasında aparılan sorğulara əsaslanır. Dünya İqtisadi Forumunun ənənəvi inklüziv inkişaf indeksində isə ölkəmiz üçüncü yeri tutub. Bu hesabatda ümumi daxili məhsulun alternativi kimi işlənib hazırlanan inklüziv inkişaf indeksi insanların öz ölkələrində iqtisadi tərəqqini qiymətləndirdikləri meyarları daha dəqiq əks etdirir. Ölkəmizin dünyanın nüfuzlu hesabatlarında yüksək yerləri tutması iqtisadi islahatlar və iqtisadiyyatın dayanıqlı inkişafı ilə bağlıdır. Bu, bir daha təsdiq edir ki, ölkəmizdə son illər neftdən asılılığın aradan qaldırılması və iqtisadi diversifikasiya ilə bağlı aparılan islahatlar Azərbaycanın inkişaf imkanlarını və potensialını daha da artırıb. Ölkəmizdə  balanslı iqtisadiyyatın inkişafı, şaxələndirilməsi, neftdən asılılığın aradan qaldırılması ilə bağlı islahatların daha da genişlənməsinə və beynəlxalq dəstəyin gücləndirilməsinə gətirib çıxaracaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.02.2018) :
Buludlu Gecə : +3-5 | Gündüz: +7-9
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0274 | Satış: 0.0293

Avro:
Alış: 2.0366 | Satış: 2.1097
AzTV TƏQDİM EDİR