İqtisadiyyat

Lisa Givert: TAP layihəsi üzrə işlərin 65 faizi tamamlanıb

23-01-2018 | 15:53        

  

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik”  qaz boru kəməri layihəsi üzrə işlərin  65 faizi yekunlaşıb. Bu barədə TAP-ın kommunikasiya rəhbəri Lisa Givert məlumat verib.

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” qaz boru kəməri layihəsi üzrə tikinti işləri qrafikə uyğun davam etdirilir. TAP-ın kommunikasiya rəhbəri Lisa Givert deyib ki, yeni ilin ilk ayı ərzində boru kəməri marşrutu üzrə Yunanıstanda 518 kilometr ərazi təmizlənib. 457 kilometr boru qaynaqlanıb. Albaniyada isə 157 kilometr borunun qaynağı tamamlanıb. TAP boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetrdir. Layihəyə əsasən Yunanıstan və Albaniyada iki kompressor stansiyasının tikintisi aparılır. Həmçinin Albaniyanın şərqində bir ölçmə stansiyası da inşa edilir. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq. Boru kəmərinin dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa ediləcək. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamıdır. Xatırladaq ki, boru kəmərinin təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR