Bölgələr

Ölkəyə aztəminatlı kəndli-fermerlər üçün 20 ton tutumu olan soyuducu anbarlar gətirilir

17-10-2011 | 17:12        

  

Azərbaycana aztəminatlı kəndli-fermerlər üçün 20 ton tutumu olan soyuducu anbarların gətirilməsi nəzərdə tutulur. Anbarlar Kənd Təsərrüfatı Nazirliyinin və Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin xətti ilə gətiriləcək.
 Əsasən kiçik sahibkarlıqla məşğul olan az təminatlı kəndli - fermer təsərrüfatı üçün nəzərdə tutulan bu layihədə, hər bir kəndliyə maliyyə vəziyyətindən asılı olmayaraq, bir soyuducu anbar təklif olunacaq. Bölgələrdə kiçik sahibkarlıqla məşğul olan az təminatlı ailə kəndli - fermerlər iri tutumlu soyuducuların alınmasında çətinlik çəkirlər. Bu da öz növbəsində yetişdirilən meyvə tərəvəz məhsullarının saxlanılmasında 25-30 % itkiyə yol verilməsinə gətirib çıxarır. Qeyd edək ki, ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının xarab olmasının qarşısını alınması və il boyu onlardan səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə soyuducu anbarlara böyük tələbat yaranıb.

Avadanlıqları va təchizatları Avropa mənşəli olan bu soyuducu anbarlar SMARTFRESH dəsti, nəmləndirmə sistemi ilə da təchiz olunacaq və mənfi 40 dərəcədən müsbət 10 dərəcə temperatur arasında soyutma qabiliyyətinə malik olacaq. Uzunluğu 12, eni 3 , hündürlüyü 2 metr 85 sm təşkil edən və 220 voltla çalışan soyuducu anbarlar 4-5 saat zaman çərçivəsində  heç bir əlavə xərc tələb olunmadan quraşdırılacaq. Ən əsası isə bir yerdən başqa yerə asanlıqla daşına biləcək. Soyuducu anbarları əldə etmək istəyən az təminatlı ailə, kəndli-fermerlər, heç bir girov tələb olunmadan, dəyərin 10%-ni əvvəlcədən ödəmək və 1 il möhlət hüququ olmaq şərti ilə 9 il müddətinə lizinq yolu ilə əldə edə biləcəklər.

 


 

 

 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (30.09.2016) :
Yağış Gecə : +13+15 | Gündüz: +18+20
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.5927 | Satış: 1.6902

Rubl:
Alış: 0.0248 | Satış: 0.0268

Avro:
Alış: 1.7794 | Satış: 1.898
AzTV TƏQDİM EDİR