Siyasət

Avropa Şurasının baş katibi Azərbaycanda aparılan hüquqi islahatları yüksək qiymətləndirib

23-01-2018 | 11:16        

  

Azərbaycanda son dövrdə aparılan hüquqi islahatlar Avropa Şurası Parlament Assambleyasında yüksək qiymətləndirilib. Sessiyada çıxış edən nümayəndə heyətimizn üzvləri isə Ermənistanın işğalçılıq siyasətindən danışaraq qurumdakı  ikili standartların  təşkilatın nüfuzuna zərbə vurduğunu bəyan ediblər.

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında çıxış edən Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycanda son dövrdə aparılan hüquqi islahatları, xüsusilə cəzaların humanistləşdirilməsinə dair atılan addımları yüksək qiymətləndirib, əhəmiyyətli irəliləyişləri vurğulayıb. Sessiya çərçivəsində Büro və Daimi Komitənin ötən sessiyadan sonra keçən müddətdə görülən işləri barədə hesabatı dinlənilib və bu barədə geniş müzakirələr aparılıb. “İnkişaf haqqında hesabatı”n müzakirəsi zamanı Azərbaycan nümayəndə heyəti diqqəti qiqəti bir sıra mühüm məsələlərə yönəldib. Avropa Şurasının keçən müddətdəki fəaliyyəti xatırlanaraq keçmişdə buraxılmış nöqsanlara daha ciddi münasibət bildirməyin vacibliyi vurğulanıb. Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov Avropa Şurasının lazım olanda qətiyyət göstərdiyini, təşkilatın Nizamnamə tələblərini pozanları kəskin şəkildə cəzalandırdığını, lakin təəssüf ki, bu qətiyyətin heç də bütün üzvlərə qarşı nümayiş etdirilmədiyini deyib. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışaraq bunun hələ 13 il əvvəl Avropa Şurasının qətnamələri ilə də təsdiqləndiyini xatırladıb. Təəssüf hissi ilə qurumun qəbul etdiyi qətnamələrə nümayişkaranə etinasız yanaşan, Avropa Şurasının Nizamnamə tələblərini ardıcıl şəkildə pozan Ermənistana qarşı indiyədək heç bir cəza tədbirinin tətbiq edilmədiyi bildirilib. Belə ikili standartların  təşkilatın nüfuzuna zərbə vurduğu, ayrı-ayrı dövlətlərə və şəxslərə qarşı burada qəbul edilmiş sərt qərarların da yalnız obyektiv deyil, həm də subyektiv səbəblərlə bağlı olması barədə təbii olaraq ehtimalların yarandığı qeyd olunub. Parlamentarilərimiz Avropa Şurası rəhbərliyini çox əhəmiyyətli bir məqama - son dövrdə bir sıra ölkələrin məhz ikili standartlar siyasətinə etiraz əlaməti olaraq təşkilatın sıralarını tərk etmək niyyətlərinin səslənməsinin ciddi siqnal olmasına da diqqət yönəltməyə çağırıblar. Bu narahatedici amildən nəticələr çıxarmağın gərəkliyi vurğulanıb.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (14.08.2018) :
Azbuludlu Gecə : +21+23 | Gündüz: +25+27
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR