Cəmiyyət

“Milli-dini dözümlülük, humanizm dəyərlərinin təbliğ edilməsi” proqramına start verilib

19-01-2018 | 14:26        

  

Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliğ edilməsi istiqamətində bir sıra proqramlar həyata keçirilir. Bu mövzuda daha bir layihəyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “ASAN Könüllüləri” ilə birgə start verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “ASAN Könüllüləri” ilə birgə   “Gənclər Arasında Milli-Dini Dözümlülük, Sülhsevərlik və Humanizm Dəyərlərinin Təbliğ Edilməsi” Proqramına start verdi.  Komitənin sədri Mübariz Qurbanlının sözlərinə görə,  Azərbaycanın dövlət siyasəti olan, dini dözümlük, milli-mənəvi dəyərlər, tolerantlıq nümunələri gənclər arasında geniş təbliğ olunmalıdır. Çünki bu  əsrlərdən bəri formalaşan köklü bir ənənənin, qarşılıqlı hörmət və əməkdaşlığın mövcudluğunun gənclərə çatdırılmasıdır.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə dövlət agentliyinin sədr müavini Ülvi Mehiyev də dedi ki, Azərbaycanda dövlət və din münasibətləri ən yüksək səviyyəsindədir. Bu gün istənilən dinlərin nümayəndələri sərbəst şəkildə dini ayinlərini həyata keçirir, qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və dövlət qurumlarında təmsil olunurlar. Paytaxt və regionları əhatə edən proqram çərçivəsində “Fotoqrafların gözü ilə dini tolerantlıq” mövzusunda  qalib gələn gənclər mükafatlandırldı. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı  “Şəhadət” filmi nümayiş olundu.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (19.02.2018) :
Gecə : +3 | Gündüz: +6
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0281 | Satış: 0.0301

Avro:
Alış: 2.058 | Satış: 2.1319
AzTV TƏQDİM EDİR