Cəmiyyət

Birləşmiş Ərəb Əmirliklərində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

19-01-2018 | 10:06        

  

Birləşmiş Ərəb Əmirliklərində 20 yanvar faciəsi qurbanlarının xatirəsi ehtiramla yad edildi. Azərbaycanın Dubay Əmirliyindəki Baş konsulluğunda keçirilən anım tədbirində şəhidlərimizin xatirəsi sükutla anıldı. Ölkəmizin Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov dedi ki, qanlı yanvar hadisələri insanlıq faciəsi olmaqla yanaşı həm də keçmiş sovetlər birliyinin Azərbaycan xalqının istiqlaliyət arzusunu boğmaq niyəti idi. Xalqımız bu cinayətin kimlər tərəfindən törədildiyini, qanlı olaylarla bağlı ulu öndər Heydər Əliyevin Moskvadakı tarixi çıxışını və hakimiyətə qayıtdıqdan sonra yanvar faciəsinə verdiyi siyasi qiymətin önəmini yaxşı bilir. Diplomat qeyd etdi ki, yanvar hadisələrinin beynəlxalq təbliğində xaricdə yaşayan soydaşlarımızın da üzərinə ciddi məsuliyət düşür. Azərbaycanın Dubay Əmirliyindəki Baş konsulu Pərviz İsmayılzadə müstəqil Azərbaycanın milli mənafelər çərçivəsində azad və demokratik yolla inkişaf etdiyini dedi. 28 il əvvəl məhz bu azadlıq və tərəqqi uğrunda canlarını qurban verən şəhidlərimizin ruhu daim əziz tutulacaq. Baş konsul vurğuladı ki, Azərbaycan prezidentinin təşəbbüsü ilə 20 yanvar hadisələrinin mahiyətinin Yaxın Şərq ictimaiyətinə düzgün çatdırılması istiqamətində aparılan təbliğat işləri davam etdirilir. 20 Yanvar Azərbaycan xalqının qanla yazdığı qəhramanlıq salnaməsidir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR