Bölgələr

Camışçılıq inkişaf etdirilir

19-01-2018 | 09:15        

  

Ağcabədili ailə fermer təsərrüfatının rəhbəri ““Simmental” inəklərin südünün hətta camış südündən də keyfiyyətli olduğunu desə də, onunla mübahisə etmək olar. Çünki, camış südü, xüsusən də çamış qatığı həmişə adla deyilib. Hətta el arasında camışa “Qara mirvari” də deyilir. Elə qazanclı sahə olduğundan Masallıda fermer Səməd Fətullayev camışçılıq təsərrüfatı yaradıb.

Masallının Qədirli kəndində yaşayan fermer Səməd Fətullayev uzun illərdir camışçılıqla məşğuldur. İşə bir neçə camış almaqla başlayıb. Sonra dövlət dəstəyindən yararlanmaqla böyük camışçılıq təsərrüfatı yaradıb. Bunun üçün Masallıda şərait də var. Müsahibimiz deyir ki, camışlar isti günlərdə nohurlarda, bataqlıq yerlərdə, gölməçələrdə və çaylarda yatmağı sevirlər. Masallıda isə su hövzələri və qamışlıq ərazilər çox olduğundan camışçılığı inkişaf etdirmək mümkündür. O da təsərrüfatını ildən ilə genişləndirir.

Demişdik axı, camışın südü çox, qatığı da yağlı və dadlı olduğundan adla deyilib. Camış qatığı, bu qatıqdan hazırlanan dovğa hər zaman yaxşı qiymətə satılıb. Camış südünün kaloriliyi də yüksəkdir. Bu süddə faydalı mikroelementlər inək südündəkindən 2-3-dəfə artıqdır. 1 litr camış südündə 12-18-mq C-vitamini var. Fermerlər bir camışdan gün ərzində 6 litrdən çox süd əldə edirlər. Ona görə də camış saxlayan uduzmur. Az xərclə çox qazanc götürmək mümkündür. Az xərc deyəndə camışın yemə az tələbkar olduğunu nəzərdə tuturuq. “Camışa qamış ver, ət-süd al” kəlamı da əbəs yerə deyilməyib.

Camışçılıq gəlirli təsərrüfat oldugu üçün onun südündən, qatıgından, qaymagından və ətindən, hətta dərisindən də istifadə olunur. Ayaqqabı və çantaların tikilməsində də bunlardan istifadə olunur. İnəklərə nisbətən gəlirli sahə oldugu üçün, bunun əti və məhsulu yuxarı oldugu üçün hal-hazırda fermerlər üstünlüyü camışçılıga verirlər.

Baytar deyir ki, camış xəstəliklərə də dözümlüdür. Onun belə üstünlükləri də var. Elə bu üstünlüklərə görə camışı el arasında “qara mirvari” də adlandırırlar. Fermer Səməd Fətullayev bu qara mirvariləri bir az da artırmağı düşünür. Şərait var, dövlət dəstək verir, alıcılar da camış südü və qatığının həvəsindədir. Buna görə də fermerin uğur qazanacağına şübhə yoxdur.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR