Cəmiyyət

20 Yanvar əlillərinə və 20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardımlar verilib

18-01-2018 | 13:53        

  

20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar 20 Yanvar əlillərinə və 20 Yanvar şəhidlərinin ailələrinə birdəfəlik maddi yardımlar verilib. Bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə açıqlamasında bildirib. Nazir deyib ki, bu günlərdə ümumilikdə 412 nəfər 20 Yanvar əlilinə və 20 Yanvar şəhidinin ailəsinə, o cümlədən 115 şəhid ailəsi və 297 nəfər 20 Yanvar əlilinə ayrılan birdəfəlik maddi yardımlar artıq onların hesabina köçürülüb. 

Səlim Müslümov - Əmək və əhalinin sosial müdafiəsi naziri:

Prezidentin aylıq təqaüdləri ilə 20 Yanvar şəhidlərinin ailələri təmin olunurlar. Bu ailələri ayda 300 manat, 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş 1-2-3 cü qrup əlillərinə də Azərbaycanın ərazi bütovlüyü uğrunda əlil olmuş şəxslərlə təqaüdləri eynidir. Kecən müddətdə 73 nəfər 20 Yanvar əlilinə və 20 Yanvar şəhidinin ailəsinə mənzil, 84 nəfər 20 Yanvar əlilinə minik avtomobili verilib. Bu proses davam etdirilir. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR