Cəmiyyət

“Məktəb bağları” layihəsi uğurla icra olunub

18-01-2018 | 12:31        

  

Ölkədə ekoloji durumun yaxşılaşdırılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən ekoloji layihələr əhəmiyyəti və miqyası ilə seçilir. Ötən ilin martında bu baxımdan daha mühüm bir layihəyə start verildi. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə “Məktəb bağları” layihəsinin həyata keçirilməsinə başlanıldı. Leyla Əliyeva 2015-ci ildən FAO-nun xoşməramlı səfiridir. Bu qurumun fəaliyyətində isə dünyada aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, sağlam ərzaq sistemlərinin yaradılması əsas istiqamətlərdəndir. “Məktəb bağları” layihəsi də bu amaldan qaynaqlanır. Xəzər rayonu 234 nömrəli məktəbdən start götürən bu laiyihə tezliklə digər təhsil ocaqlarını da əhatə etdi. IDEA İctimai Birliyi, FAO - BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Məktəb bağları” layihəsi çərçivəsində ümumilikdə, Azərbaycanın 8 rayonunun - Göyçay, Şəmkir, Haçıqabul, Quba, Masallı, Oğuz, Xəzər, Zaqatala rayonlarının orta məktəblərinin həyətlərində minlərlə alma, armud, gilas, gavalı, qoz, fındıq, nar, xurma, badam, heyva və digər meyvə ağacları əkilib. Aksiya çərçivəsində rayonların iqlimi və torpaq örtüyün nəzərə alınıb. 40-dan çox məktəbi əhatə edən layihənin məqsədi şagirdlər arasında ekoloji sağlam qidadan istifadəni təşviq etmək, həmçinin məktəblərin həyətyanı sahələrinin səmərəli istifadəsi və yaşıllaşdırılmasıdır. Layihə ümumilikdə ölkəmizdə ekoloji durumun daha da yaxşılaşdırılmasına mühüm töhfələr verdi. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR