Digər

Fransa mətbuatı avropalıların XIX əsrdə Bakıya marağından yazıb

18-01-2018 | 12:27        

  

Fransanın www.demuseele.com portalında “Bakını kəşf edək. Üq Kraftın Qafqaz səyahətləri” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Reyms şəhərinin “Le Vergeur” muzeyi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə təşkilatçılığı ilə XIX əsrdə yaşamış fransız səyyah və fotoqrafı Üq Kraftın Bakıda çəkdiyi şəkillərdən ibarət “Bakını kəşf edək. Üq Kraftın Qafqaz səyahətləri” adlı sərgisinin əhəmiyyətindən danışılıb.

XIX əsrin sonlarında Üq Kraftın səyahəti zamanı Qafqazın avropalıları məftun etdiyi diqqətə çatdırılıb. Şərq ilə Qərb arasında yerləşən multikultural regionun elmi tədqiqatlar, eləcə də sənaye və ticarət tədqiqatları baxımından vacib istiqamət olduğu bildirilib.

XIX əsrdə dünyanın əsas neft sənayesi mərkəzlərindən biri olan Bakıya maraq yazıda Xüsusi vurğulanıb.

Qeyd edək ki, 2017–ci ilin noyabrın 25-də Reymsin “Le Vergeur” muzeyində açılmış “Bakını kəşf edək. Üq Kraftın Qafqaz səyahətləri” sərgisi bu il fevralın 4-dək davam edəcək.