Cəmiyyət

20 Yanvar şəhidlərinin xatirəsi Bolnisidə də anılıb

18-01-2018 | 11:07        

  

Gürcüstanda soydaşlarımızın yığcam yaşadığı Kvemo-Kartli Borçalı bölgəsinin Bolnisi rayonunda 20 Yanvar faciəsinə həsr olunan anım mərasimi keçirilib. 

Əvvəlcə  20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov  faciənin başvermə səbəbləri, acı nəticələri barədə məlumat verdi. 20 Yanvar hadisələrinin eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq tarixində şanlı səhifə açdığını qeyd etdi. Diplomat bu qanlı faciəyə ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində hüquqi, siyasi qiymət verildiyini bildirdi. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, 20 Yanvar şəhidlərinin ailələrinə xüsusi diqqət və qayğı göstərilməsində Prezident İlham Əliyevin xidmətləri vurğulandı. Bolnisi rayon icra hakimiyyəti başçısının vəzifələrini icra edən Buba Bociaşvili 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verdi.

Buba Bociaşvili-  Bolnisi rayon  icra hakimiyyəti başçısının vəzifələrini icra edən:

20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verirəm. Gürcü xalqı şad günündə də, bəd günündə də daim qardaş azərbaycan xalqının yanındadır. 20 Yanvar və 9 Aprel hadisələri bizim ortaq kədərimizdir. Amma xalqlarımızın göstərdiyi mübarizə və qardaşlıq əzmi sarsılmazdır.

Bildirildi ki, 20 Yanvar faciəsi zamanı Gürcüstandan olan soydaşlarımız da şəhid olublar. Onlardan biri də Bolnisi rayonunun Faxralı kənd sakini İlqar Əhmədovdur. Gürcüstanda da şəhidlərimizin xatirəsi daim əziz tutulur. Tədbirin sonunda  20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib.  

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (11.12.2018) :
Buludlu Gecə : +7+9 | Gündüz: +10+12
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR