Cəmiyyət

Gürcüstanın Marneuli rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

17-01-2018 | 13:23        

  

Gürcüstanda soydaşlarımızın yığcam yaşadığı Kvemo-Kartli-Borçalı bölgəsinin Marneuli rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib. Anım tədbiri Marneuli Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyilə keçirilib. Tərbirdə çıxış edənlər Azərbaycan və gürcü xalqlarının mübarizə tarixindən söz açıblar. Faciənin başvermə səbəbləri, acı nəticələri barədə məlumat verilib. Bu qanlı faciəyə ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində hüquqi, siyasi qiymət verildiyini bildirib. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, 20 Yanvar şəhidlərinə xüsusi diqqət və qayğı göstərilməsində Prezident İlham Əliyevin xidmətləri xüsusi qeyd edilib.