Xarici xəbərlər

Donald Tusk: “Avropa İttifaqı Böyük Britaniyanın “Breksit”lə bağlı fikrinin dəyişməsinə müsbət yanaşır”

17-01-2018 | 12:40        

  

Avropa İttifaqı Böyük Britaniyanın “Breksit”lə bağlı fikrinin dəyişməsinə müsbət yanaşır. Bu sözləri Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Avropa Parlamentində çıxışı zamanı deyib. O, bildirib ki, Britaniya Avropa İttifaqından çıxmaq fikrini dəyişsə, onlar bu ölkəni dəstəkləməyə hazırdırlar. Qurum rəsmisi Brüsselin rəsmi Londonun gələcək planlara daha çox aydınlıq gətirməsini istədiyini bildirib.

Donald Tusk – Avropa İttifaqı Şurasının prezidenti:

- Əgər Britaniya hökuməti Avropa İttifaqından çıxmaq qərarında israr etsə, “Breksit” bütün mənfi nəticələri ilə birlikdə reallığa çevriləcək. Əgər bizim britaniyalı dostlarımız öz fikirlərini dəyişməsələr, bu, martda baş verəcək.

Donald Tuskun fikirləri Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker tərəfindən də dəstəklənib. Yunker Britaniya üçün qapının açıq olduğunu bəyan edib. Avrokomissiyanın prezidenti Donald Tuskun sözlərinin Britaniya tərəfindən eşidiləcəyinə ümidvar olduğunu bildirib. Qeyd edək ki, ötən ilin dekabrında Avropa İttifaqı və Britaniya “Breksit” danışıqlarının birinci mərhələsini uğurla başa vurduqlarını bəyan ediblər. 2019-cu ilin martınadək isə danışıqların tərəflər arasında əlaqələrin gələcək formatını nəzərdə tutan ikinci mərhələsi başa çatdırılmalıdır.  

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR