Xarici xəbərlər

İrəvanda bir qrup vətəndaş mərkəzi prospekti bağlamağa cəhd göstərib

17-01-2018 | 12:17        

  

Bir qrup vətəndaş İrəvanda mərkəzi prospekti bağlamağa cəhd göstərib. Onlar hökuməti sosial problemləri həll etməklə yanaşı fəalları qarşı təzyiqləri dayandırmağa çağırıblar.

“1 in armenian” saytının məlumatına görə Ermənistanda vəziyyət o dərəcədə gərgindir ki, hər an ictimai partlayış gözlənilir. Bunu erməni politoloqlar və diaspor  rəhbərləri də etiraf edirlər. Diaspor üzvləri hökumətə tutduğu postu təcili tərk etməyi məsləhət görürlər.

Əgər Sarkisyan apreldə keçiriləcək seçkidən sonra baş nazir olmaq qərarına gəlsə yanlış addım atmış olacaq. Bunu Avropadakı erməni assosasiyaları forumunun sədri Aşot Qriqoryan “1 in armenian” saytına müsahibəsində bildirib. Onun sözlərinə görə diaspor ölkədə qan tökülməsinin əleyhinədir.  1 mart hadisələrinin təkrarlanmasına yol vermək olmaz. Bu günədək hakimiyyət bütün üsyanları qan tökərək, qanunsuz yolla yatırıb. Artıq buxarın səviyyəsi qalxıb, təzyiq artıb, partlayış labüddür. Bu dəfə insan selinin qarşısında heç kim dayana bilməyəcək.

Ermənistan mətbuatı yazır ki,  müxalif qüvvələr də oxşar  bəyanatla çıxış edirlər. “Sarukyan” partiyasından deputat Naira Zöhrabyan parlamentin iclasında hazırkı rejimin artıq hər kəsi bezdirdiyini açıqlayıb. Qeyd edib ki, ölkənin bütün uğursuzluqlarının kökündə hakimiyyət dayanır. Hər il məktəblər, yollar tikmək üçün diaspor Ermənistana külli miqdarda pullar göndərir. Ortada isə heç bir iş yoxdur.  Ona görə də  erməni diasporu Ermənistana yardımları dayandırıb. Deputat bu addımın mənfi nəticələr gətirəcəyini deyib. Çünki, məhdud büdcəyə sahib Ermənistan xaricdən yardım almadan tamamilə məhv ola bilər. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.11.2018) :
Buludlu Gecə : +8+10 | Gündüz: +12+14
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR