Siyasət

Monteneqro Azərbaycanın “ASAN xidmət” modelindən istifadə edəcək

16-01-2018 | 15:42        

  

“Dövlət xidmətlərinin çatdırılmasında Azərbaycan modelindən istifadə edəcəyik”. Bunu Monteneqronun Dövlət İdarəçiliyi naziri Suzana Pribiloviç CdM informasiya portalına verdiyi müsahibəsində deyib. O, Azərbaycanın  “ASAN xidmət” təcrübəsini yüksək qiymətləndirərək dövlət xidmətlərinin çatdırılması sahəsində bu modelin üstünlüklərindən danışıb.  Nazirin sözlərinə görə, bu sistemin xususiyyəti vətəndaşın hər şeydən üstün olduğunu göstərməsidir. Monteneqronun Dövlət İdarəçiliyi naziri müsahibəsində onu da qeyd edib ki, BMT tərəfindən tanınan və mükafata layiq görülmüş Azərbaycanın ASAN xidmət modeli ilə şəxsən tanış olmaq 2017-ci ildə ölkəmizə səfər edib.  Ötən il Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsinin təkmilləşdirilməsi məqsədini daşıyan Anlaşma Memorandumu da imzalanıb. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.02.2018) :
Buludlu Gecə : +3-5 | Gündüz: +7-9
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.675 | Satış: 1.7015

Rubl:
Alış: 0.0274 | Satış: 0.0293

Avro:
Alış: 2.0366 | Satış: 2.1097
AzTV TƏQDİM EDİR