İqtisadiyyat

TAP qaz boru kəməri layihəsi Avropa Qaz Konfransında əsas müzakirə mövzusu olacaq

16-01-2018 | 14:35        

  

Yanvarın 29-31-də Vyanada keçiriləcək 11-ci Avropa Qaz Konfransında aparıcı enerji şirkətlərinin 430-dan çox nümayəndəsi iştirak edəcək. Azərbaycan təbii qazını Avropaya daşıyacaq TAP layihəsinin səmərəli ilə bağlı məlumat veriləcək. Konfransda “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafı, TAP boru kəməri layihəsinin icra vəziyyəti, həmçinin qaz və dekarbonizasiyanın gələcəyi də müzakirə mövzuları arasındadır. TAP kəməri üzrə işlərin ümumilikdə 62 faizi tamamlanıb. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan “Cənub Qaz Dəhlizi”nin bir seqmentini təşkil edir. “Şahdəniz” konsorsiumu ilk qaz satışını bu ilin sonunda Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə 2020-ci ilin əvvəllərində planlaşdırılır. Bu layihə Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil ediləcək qazın Yunanıstan və Albaniya vasitəsilə, İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.11.2018) :
Azbuludlu Gecə : +8+10 | Gündüz: +14+16
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.697 | Satış: 1.703

Rubl:
Alış: 0.0251 | Satış: 0.0262

Avro:
Alış: 1.9277 | Satış: 1.9562
AzTV TƏQDİM EDİR