Xarici xəbərlər

Nikol Paşinyan hər kəsi Ermənistanı idarə edən cinayətkar rejimə qarşı birləşməyə çağırır

16-01-2018 | 10:43        

  

Ermənistanda hökm sürən  ağır iqtisadi  vəziyyət  hər keçən gün narazılıqları artırır. Hökumət problemləri aradan qaldıra bilmir. Ölkənin maliyyə ehtiyatları tükənmək üzrədir. “Yelk” partiyası  bu vəziyyətin aradan qaldırmasının tək yolunu  Ermənıstanı təcrid vəziyyətinə salan Sarkisyan rejimini devirməkdə görür. Siyasi təşkilatın rəhbəri, deputat  Nikol Paşinyan bildirir ki, hazırda hökuməti cinayətkar qrup idarə edir. Bu dəstənin yürütdüyü işğalçılıq siyasəti hər ötən gün erməni ailələr üçün faciəyə çevrilir. Azərbaycana məxsus Dağlıq Qarabağa göndərilən Ermənsitan vətəndaşı olan gənclər ya dözməyib intihar edir, ya da öz hərbiçi yoldaşlarının gülləsinə tuş gəlirlər. Bu faktlar əksər hallarda Sarkisyan hakimiyyəti tərəfindən gizlədilir. Lakin, cəmiyyət Ermənistan ordusunun əsgərlərinin ciddi psixoloji gərginlik içərisində olduğunu yaxşı bilir. 

Sülh dialoqu təşkilatının hüquqşünası Ruben Martirosyan deyir ki, ilkin istintaq həqiqtin üzə çıxarılmasında deyil, gizlədilməsində maraqlıdır.

“Vesti-Kafkaza.ru” informasiya portalı da Ermənistanın işğalçılıq siyasətindən yazır. “Dağlıq-Qarabağ münaqişəsi Ermənistan üçün sosial-iqtisadi dalandır” başlıqlı məqalədə işağlçı ölkənin düşdüyü vəziyyət rus politoloqları tərəfindən qiymətləndirilir.

Rusiya Siyasi Araşdırmalar İnstititunun rəhbəri Sergey Markov hesab edir  ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunması Ermənistanın iqtisadi problemlərində əsas rol oynaya bilər. “Əgər münaqişə olmasaydı, o zaman respublika hər iki tərəfdən blokadaya alınmayacaqdı. Blokada olmadığı halda Ermənistan iqtisadiyyatı şübhəsiz ki, daha yaxşı inkişaf edəcəkdi”, - deyə Sergey Markov bildirir. Politoloq hesab edir ki, Ermənistan blokada şəraitində öz özünə inkişaf edə bilməz. Ölkə iqtisadiyyatındakı problemlərin 90 faizi məhz işğalçılıq siyasəti ilə əlaqədardır.

Lomonosov adına Moskva Dövlət Universitetinin dossenti Aleksey Fenenko da  qeyd edir ki, Dağlıq Qarabağ ermənistan iqtisadiyyatı üçün bir dalandır: “Əvvəla Ermənistanın əlverişsiz coğrafi mövqey var. Dənizə, hətta bir nəqliyyat marşrutu ola biləcək çaya belə çıxışı yoxdur. Dünya Ticarət marşrutlrından uzaqdadır. Həm də Ermənsitan xarici bazara elə də böyük təklif verə bilmir. Bu ölkənin ətrafında olan kənd təsərrüfatı bazarları çoxdan tutulub. Rəqabətə davamlı məhsullar isə ümumiyyətlə Ermənistanda yoxdur. Hesab edirəm ki, iqtisadi problemlərin həlli Ermənistan rəhbərliyindən siyasi iradə tələb edir. Yəni dağlıq Qarabağ münaqişəsi həllini tapmalıdır”.  

Erməni  siyasətçilər də hazırki durumun sosial partlayışla nəticələnəcəyini bildirilər. Ona görə də  “Yelk” partiyasının rəhbəri hər kəsi ölkəni idarə edən cinayətkar rejiminə qarşı birləşməyə  çağırır.