Bölgələr

Regionlarda onuncu sinif şagirdləri üçün ingilis dili fənni üzrə monitorinq imtahanı keçiriləcək

15-01-2018 | 15:50        

  

Dövlət İmtahan Mərkəzi yanvarın 16-da respublikanın 39 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 10-cu sinif şagirdləri üçün ingilis dili fənni üzrə monitorinq imtahanı keçirəcək. Azərbaycan bölməsi üzrə 5454, rus bölməsi üzrə 392 şagirdin iştirakı nəzərdə tutula imtahan 170 məktəbi əhatə edəcək.  Şagirdlər ilk 1 saat 10 dəqiqəsi ərzində sual kitabçasındakı yazı və oxuyub-anlama bacarıqlarının ölçülməsinə aid tapşırıqları  yerinə yetirəcəklər. Son 20 dəqiqə  isə dinləmə mətninin səsləndirilməsi və bu mətn üzrə təqdim olunan tapşırıqların cavablandırılmasına ayrılır. Dövlət İmtahan Mərkəzi tərəfindən regionlarda keçirilən kütləvi imtahanlarda şagirdlərin dinləmə bacarıqlarının yoxlanılması ilk dəfə həyata keçirilir. Bunun üçün xüsusi hazırlıq işləri aparılıb, lazımi avadanlıqlar – audioqurğular alınıb. Dinləmə mətnlərin hazırlanması və səsləndirilməsi işi də Mərkəzin əməkdaşları və bu prosesə cəlb olunmuş mütəxəssislər tərəfindən həyata keçirilib. Xatırladaq ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır.