Xarici xəbərlər

Almaniyada koalisiya hökumətinin formalaşdırılması ilə bağlı ilkin razılıq əldə edilib

12-01-2018 | 16:48        

  

Almaniyada koalisiya hökumətinin formalaşdırılması ilə bağlı ilkin razılıq əldə edilib. 24 saatdan artıq davam edən məsləhətləşmələrdə kansler Angela Merkelin Xristian-Demokratlar/Xristian-Sosialistlər Birliyi bloku və Martin Şultsun Sosial-Demokratlar Partiyası, həmçinin bu partiyaların Bundestaqdakı fraksiya rəhbərləri iştirak edib. Partiya liderləri yeni hökumətin koalisiya sazişinin təməlini təşkil edəcək 28 səhifəlik sənədi yekdilliklə təsdiqləyiblər. Razılığa əsasən il ərzində Almaniya 220-mindən artıq miqrant qəbul edə bilməz. Bundan əlavə sənəd sərmayələrə 46 milyard avro əlavə xərclərin ayrılması, sosial təminat və vergi yükünün azaldılmasını nəzərdə tutur. Rəsmi koalisiya danışıqlarının başlanılması ilə bağlı qərar yanvarın 21-də keçiriləcək Sosial-Demokratlar Partiyasının qurultayında veriləcək.