Xarici xəbərlər

Polşa Prezidenti Aİ təsisatlarını tənqid edib

12-01-2018 | 15:48        

  

Avropa İttifaqı təsisatları üzv ölkələrin inteqrasiyası məsələsinin yaratdığı məyusluğa görə müəyyən məsuliyyət daşıyır. Bu sözləri Polşa Prezidenti Andjey Duda xarici ölkə səfirləri ilə görüşü zamanı deyib. Böyük Britaniyanın Avropa İttifaqından çıxması və son vaxtlarda bəzi qərbi Avropa ölkələrində avroskeptiklərin nüfuzunun artması məsələsinə diqqət çəkən Polşa Prezidenti bunu Avropa İttifaqı təsisatlarının üzv ölkələrin qayğılarına laqeydliyi ilə əlaqələndirib. Andjey Dudanın sözlərinə görə Avropa İttifaqı inteqrasiya məsələsindəki sosial məyusluğa görə məsuliyyətin bir hissəsini öz üzərinə götürməli və səhvlərini nəzərdən keçirməlidir. Polşa Prezidenti qeyd edib ki, Avropa İttifaqı qurumları üzv ölkələri ayırmamalı, onların iradəsinə xidmət etməlidir.