Bölgələr

Bu il Qəbələdə 70 min qızıl balıq yetişdiriləcək

12-01-2018 | 15:43        

  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ qızıl balıq yetişdirmə zavodunda ötən il 60 min 50 balıq yetişdirilib və Xəzər dənizi ilə Kür çayına buraxılıb. Bunula da Azərbaycan Xəzərətrafı ölkələr arasında dənizə körpə balıqların buraxılmasında Rusiyadan sonra ikinci yerinu qoruyub. Bu su hövzələrində qızıl balıqlarının sayının artırılması üçün zavod 2018-ci ildə 70 min balıq yetişdirməyi nəzərdə tutur.

Hazırda kürülama prosesi davam edir. Zavodda yetişdirilən ana balıqlar ancaq 3 yaşından sonra 1000 ədəddən 3000-dək kürü verə bilir. Yəqin ki, kürüdən balıq alınma prosesinin mərhələləri sizi də maraqlandırır.  Bu isə belə cərəyan edir: alınan kürü mayalanır, 45 dəqiqə sakit və qaranlıq yerdə qaldıqdan sonra kürü qablarına yerləşdirilir. Körpə balıqlar 5-6 qram olduqdan sonra farel kanallarına köçürülür. Burada 15-17 qram çəkiyə qədər yetişdirilib, Qaradağ təcrübə sınaq zavoduna göndərilir. Qəbələ qızıl balıq yetişdirmə zavodunun bu il üçün yeni  hədəfi var: ən azı 70 min balıq təhvil vermək. Ümumilikdə isə ölkəmizdə 3 qızıl balıq yetişdirmə zavodu fəaliyyət göstərir. Bunun nəticəsidir ki, Azərbaycan Xəzərətrafı ölkələr arasında dənizə körpə balıqların buraxılmasında Rusiyadan sonra ikinci yeri tutur.