Cəmiyyət

BNA təhlükəsiz daşımaların həyata keçirilməsi üçün xüsusi layihələr hazırlayıb

12-01-2018 | 13:48        

  

BNA daşıyıcılarla aparılan birgə iş nəticəsində 3008 sürücü ilə bağlı araşdırma aparılması üçün DİN, Səhiyyə Nazirliyi və digər qurumlara sorğu ünvanlayıb. Bu barədə Bakı Nəqliyyat Agentliyinin intellektual idarəetmə mərkəzində keçirilən görüşdə məlumat verildi. Bakı Nəqliyyat Agentliyi baş direktorunun müşaviri Mübariz Abbasov bildirdi ki, son iki ildə paytaxtın ümumi nəqliyyat sistemi, o cümlədən marşrut şəbəkəsinin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilib. Burada da əsas məqsəd paytaxt və şəhərətrafı marşurutlarda təhlükəsiz sərnişindaşımanı təmin etmək olub. Mübariz Abbasov qeyd etdi ki, bütün bunlara baxmayaraq hələ də bəzi marşurutlarda nöqsan halları baş verir. Agentlik tərəfindən belə marşrut sahiblərinə avtobusların texniki baxımdan saz vəziyyətdə saxlanılması, standratlara uyğun istehsalat bazasının olması və sürücülərin peşəkarlığnın artırılması üçün yazılı və şifahi formada xəbərdarlıqlar edilib.

Daşıyıcı şirkətlərin nümayəndələri də yeni tələblərə uyğun olaraq işlərin qurulmasında maraqlı olduqlarını bildirdilər.

Toplantıda o da vurğulandı ki, sürücülərin peşəkarlığının artırılması məqsədi ilə  BNA tərəfindən xüsusi təlimlər keçirilir. Daşıyıcılar öz sürücülərini bu təlimlərə cəlb olunmasını təşkil etməlidirlər.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR