Cəmiyyət

Xətai rayonunda sosial layihələrin icrası davam etdirilir

12-01-2018 | 13:06        

  

Xətai rayonunda əhalinin rahat həyat  şəraitinin yaxşılaşdırılması, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol və piyada keçidlərinin yenilənməsi işlərinin aparılması qarşıda duran prioritet məsələlərdən biridir. Bu məqsədlə rayon ərazisində yerləşən bir sıra küçə və prospektlər əsaslı şəkildə yenidən qurulub. Babək prospektinin də yenidən qurulması işlərinə start verilib. Eyni zamanda, Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Xocalı prospekti boyunca yerləşən çoxmənzilli yaşayış binalarının üzlüklərində təmir bərpa işləri aparılıb. Rayonda həyata keçirilən Bakı Ağ Şəhər” bulvarının istifadəyə verilməsi də paytaxtımızın simasını daha da gözəlləşdirilməsi istiqamətində atılan mühüm addımlardan biridir. “Bakı Ağ Şəhər”də böyük həcmdə tikinti-quraşdırma və abadlıq işləri görülüb, neft tullantıları ilə çirklənmiş sahələrin təmizlənməsi yekunlaşıb. Bu barədə Xətai rayon İcra Hakimiyyətinin 4 nömrəli sahə inzibati ərazisində keçirilən toplantıda məlumat verildi. Rayon icra hakimiyyəti başçsıının müavini Etibar Əhmədov diqqətə çatdırdı ki, hər il oldğu kimi bu il də müxtəlif sahələri əhatə edən layihələr reallaşdırılıb. Hesabat toplantısında çıxış edənlər həyata keçirilən layihələrin ölkənin əhalisinin sosial rifahına yönəlıdiyini diqqətə çatdırdılar. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR