Xarici xəbərlər

Afinada yüzlərlə etirazçı Həmkarlar İttifaqının binasına hücum edib

12-01-2018 | 12:39        

  

Yunanıstanın paytaxtı Afinada hökumətin tətil hüququnun məhdudlaşdırılması qanun layihəsinə qarşı nümayiş keçirilib. Yüzlərlə etirazçı sözügedən qanun layihəsini dəstəklədiyinə görə Yunanıstanın Baş Həmkarlar İttifaqı Konfederasiyasının binasına hücum edib. Fəallar binanın qapılarını sındırmağa cəhd edib, fasada daş və rəngli maddələr atıblar. Qeyd edək ki, beynəlxalq kreditorların tələbi ilə irəli sürülən yeni qanun layihəsi  Yunanıstanda tətillərin sayının azaldılması və istehsal səviyyəsinin artırılmasına yönəldilib.