Cəmiyyət

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsinə başlanılıb

12-01-2018 | 11:49        

  

Dövlət qulluğu üzrə 1 145 vakant yerə qəbul üçün müsabiqənin növbəti mərhələsi elan edilib. Müsahibə  mərhələsinə qeydiyyat fevralın 9-dək davam edəcək.

Dövlət qulluğuna qəbul üzrə elan edilən müsabiqənin müsahibə mərhələsi “Dövlət qulluğu haqqında” qanunun tələblərinə uyğun aparılır. Müsahibədə iştirak etmək istəyən namizədin təqdim etdiyi sənədləri və müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Dövlət İmtahan Mərkəzi tərəfindən yoxlanılır və təsdiqləndikdən sonra namizəd müsahibədə iştirak üçün qeydə alınır. Namizəd “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatları təsdiqlədikdən sonra mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir. Qeydiyyat fevralın 9-dək davam edəcək. Qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak üçün qeydə alınır. Çatışmazlıqlar üç iş günü müddətində aradan qaldırılmadıqda isə namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR