Xarici xəbərlər

Ermənistanın dövlət borcu ÜDM-i 58,8 faiz üstələyir

12-01-2018 | 11:17        

  

“Ermənistanda əhali 2018-ci ildən yaxşı heç gözləməsin. Bacardıqları qədər qənaət etmək lazımdır. Çünki, ölkənin valyuta ehtiyatları tükənir.”  Bunu erməni iqtisadçı Artak Manukyan açıqlayıb.  Onun sözlərinə görə, Ermənistanda yoxsulluq pik həddədir, miqrasiya tempi isə əvvəlkindən də yüksəkdir. Əhali iş tapa bilmir. Həyat səviyyəsi isə ildən-ilə aşağı düşür. Hökumət vətəndaşların rifahı üçün heç bir cəhd göstərmir. Perspektivi olmayan Ermənistanda insanlar çıxılmaz vəziyyətdə qalıblar. İldən ilə hökumətin xarici borcları da artır. Hakimiyyət xərclərini ört-basdır etmək, büdcədəki kəsrin qarşısını almaq üçün yeni kreditlər almaq niyyətindədir. Bununla isə Ermənistanın dövlət borcu 7 milyard dolları keçə bilər. Bu barədə məlumat verən Artak Manukyan götürülən növbəti kreditlərdən də əhaliyə xeyir gəlməyəcəyini deyib. Statistika xidmətinin son məlumatına görə,  hazırda Ermənistanın xarici borcu 5,10 milyard dollar  təşkil edir. Bu isə ümumdaxili məhsulun 58,8 faizi deməkdir. Ümumiyyətlə, xarici borc son 10 ildə 3,5 dəfə artıb. Hökumət büdcə kəsirini doldurmaq üçün dövlətin qızıl ehtiyatını satışa çıxarmaq məcburiyyətində qalıb. İqtisadçılar bütün bunların Ermənistana yaxşı heç nə vəd etmədiyini deyirlər.