Siyasət

Azərbaycan İtaliyanın Dağlıq Qarabağ münaqişəsinin həllində dialoqa yardım etmək niyyətini dəstəkləyir

12-01-2018 | 10:19        

  

Azərbaycan, ATƏT-ə sədrlik edən İtaliyanın Dağlıq Qarabağ münaqişəsinin həllində dialoqa yardım etmək niyyətini dəstəkləyir. Bu, ATƏT-in Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında Azərbaycan nümayəndə heyətinin quruma sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab bəyanatında yer alıb.

Bəyanatda qeyd olunub ki, Azərbaycan İtaliyanın bu dövrdə təşkilata sədrliyin məsuliyyətini üzərinə götürmə istəyini yüksək qiymətləndirir. Sənədddə həmçinin bildirilir ki, mövcud münaqişələr milyonlarla insanı əsas hüquq və azadlıqlarından məhrum edir: "Onların bu çətin vəziyyətini yalnız münaqişədə olan ölkələrin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınan dövlət sərhədlərinin toxunulmazlığı əsasında ədalətin bərpası və qanunun aliliyi yolu ilə həll etmək olar. Lakin bəzi ölkələr tərəfindən tətbiq edilən ikili standartlar münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərə mane olur" Sitatın sonu. Bəyanatda vurğulanıb ki, Azərbaycan irqçilik, ksenofobiya, dözümsüzlük və ayrıseçkiliyin bütün formaları ilə mübarizədə İtaliya sədrliyinin səylərini yüksək qiymətləndirir. Multikulturalizm və mədəniyyətlərarası dialoqun güclü tərəfdarı kimi Azərbaycan bu sahədə İtaliya sədrliyinin təşəbbüslərini dəstəkləməyə hazırdır. ATƏT-in Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviçin də cavab bəyanatı var. Rusiyalı diplomat da Rəsmi Moskvanın ATƏT-in İtaliya sədrliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində səylərini dəstəkləyəcəyini bəyan edib.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (17.01.2018) :
Buludlu Gecə : +1+3 | Gündüz: +5+7
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.635 | Satış: 1.72

Rubl:
Alış: 0.0274 | Satış: 0.03

Avro:
Alış: 1.787 | Satış: 1.8894
AzTV TƏQDİM EDİR