Siyasət

ATƏT-in fəaliyyətdə olan sədri prioritetləri açıqlayıb

11-01-2018 | 16:01        

  

Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləməyə davam edəcəyik". Bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Angelino Alfano qurumun Daimi Şurasında 2018-ci ildə fəaliyyətin prioritetlərini açıqlayarkən deyib. Hazırki sədr qiqqətin Avropadakı bütün həll olunmamış münaqişələrə yönələcəyini bildirib. Əlavə edib ki, 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində İtaliya təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur və bu, əsas prinsiplərdən biridir. O, transmilli təhlükələrə xüsusi diqqət yetiriləcəyini, bu sahədə əməkdaşlığın həlledici rol oynadığını bildirib. Angelino Alfano həmçinin terrorizm, radikalizm və insan alveri ilə mübarizənin də fəaliyyətin əsas istiqamətlərindən biri olacağını vurğulayıb.  Qeyd edək ki, bu il yanvarın 1-dən quruma sədrlik Avstriyadan İtaliyaya keçib. Təşkilata sədrlik 1 il olmaqla, rotasiya qaydasında həyata keçirilir.